Milli Məclisin deputatı Dünyamalının oğlu Siyavuş parlamentin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasında deyib ki, İlham Əliyev 5 dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Ulu öndərlə çiyinə-çiyinə çalışıb.
O, həmçinin qeyd edib ki, vaxtilə Prezident Aparatının şöbə müdirləri dövlət çevrilişi etmək istəyiblər. Sitat:
“Həmçinin, dövlətimizin çörəyini yeyən Prezident Aparatının şöbə müdirləri və digər şəxslər çevriliş etmək istəyirdilər. Cənab Prezidentin qətiyyəti nəticəsində çevrilişlərin qarşısı alındı”.
Globalinfo.az məsələni dəqiqləşdirmək üçün S.Novruzovla əlaqə saxlayıb.
O, siyahıda yüzlərlə şəxsin adının olduğunu bildirib:
“Hazırda ad çəkməyəcəyəm. Amma 2005-ci ildə parlament seçkiləri vaxtı böyük qrup Prezidenti devirmək istəyirdi. Onlar arasında nazir də var idi, Prezident Aparatının şöbə müdiri də. Əlbəttə ki, hamısı öz cəzasını çəkdi. Elə həmin nazir də, şöbə müdiri də. Siyahı böyükdür”.
Zaira Akifqızı
Globalinfo.az