akı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov uzun fasilədən sonra kameralara yaxalanıb.
“AzPolitika.info” xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasına qatılan Abutalıbovun sürətlə avtomobilinə doğru irəlilədiyinin videogörüntüsü yayımlanıb. Kadrlardan sabiq merin şux və sağlam olduğu diqqət çəkir. Hətta olduqca sürətlə getdiyindən gənc jurnalistlər ona çatmaqda çətinlik çəkiblər.
H.Abutalıbov “hazırda nə işlə məşğulsunuz” sualına cavab vermək istəməyib. Yalnız “bir dəfəlik dedim, sağolun!” deyərək, kameralardan uzaqlaşıb. Bununla Abutalıbovun nə demək istədiyi isə qaranlıq qalıb...
.
Qeyd edək ki, Bakıda və xüsusilə də Suraxanı rayonu ərazisində çoxsaylı villa və mənzilləri olsa da Abutalıbovun hazırda vaxtının böyük hissəsini ölkənin dilbər guşələrindən biri olan Qax rayonun Ağçay kəndindəki dəyəri milyonluq villasında “halal pensiyası” ilə dincəldiyi bildirilir . Təkcə Qaraçüxür qəsəbəsi əerazisində bir biruilə yanaşı tikdrdiyi və hər birinin qiyməti 1.5 milyon dollaer olan üç eyni tipli villalardan birini bacısına, digərini qardaşına hədiyyə etməklə üçüncü villanı şəxsi istifadə üçün seçmişdir.
Hesab edirik ki, Azərbaycan xalqı oğru məmurlarını və onların talan yoluilə yığdıqları sərvətlərdən agah olmalı və gələcək üçün qərar qəbul etməyi planlaşdırmalıdır.
C.Məmmədov