İÇKİYƏ SONSUZ ALUDƏÇİLİYİ SABİQ NAZİRİN SAĞALMAZ XƏSTƏLİYİNƏ SƏBƏB OLDU
Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik. Nazirin müalicə üçün Türkiyəyə aparıldığı deyilirdi.
“Bakupost” xəbər verir ki, Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.
Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.
Sabiq naziri yaxından tanıyanların verdiyi məlumata görə onun nazirlik dövründə həddən artıq alkokollu içkiyə aludə olması səbəbindən bu xəstəliyi qazanmışdır. Saat 11-dən sonra isə, iş vaxtının olmasına rəğmən bu adam heç vaxt ayıq olmamışdır.
Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.\
Onun vəzifədən azad edilməsinin əsas səbəbinin isə "Yeni Klinika" rəhbəri Pərviz həkimi sifarişlə həbsə atdırması olduğu göstərilir.
İfadetv.com