İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb.
Bu barədə “Report” İsrailin 12-ci kanalına istinadən xəbər verir.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna zərbə endirib.
13:24
İranın Təbriz şəhərinin ətrafında yenidən partlayış səsləri eşidilib.
“Report”un məlumatına görə, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail Təbriz aeroportuna zərbə endirib.
