çüncü Dünya Müharibəsi başladı.
İfadetv.com xəbər verir ki, bunu Türkiyənin sabiq müdafiə naziri Hulusi Akar Əskişəhərdə “Türkiyənin Təhlükəsizlik Siyasəti” adlı proqramda çıxış edərkən deyib.18
“Dünyada bəzi konseptual dəyişikliklər var. İndi hibrid deyilən bir şey təqdim ediblər. Artıq müharibə elanları yoxdur. Bulanıq müharibələr var. Yəni, müharibə olub-olmadığı bəlli deyil. İndi bunun tipik nümunəsi Ukrayna-Rusiya müharibəsidir. İndi ruslarla kim döyüşür? Ukrayna döyüşür. Ukrayna bunu təkbaşına necə edəcək? Bütün dünya savaşır, amma heç kim ortaya çıxmır. Bəs PKK/YPG təkcə Türkiyəyə qarşı nə edə bilər? Heç nə. Bunun arxasında kim dayanır? A, B, C, D, Ğ qüvvələri hamısı mövcuddur. Amma ətrafda heç kim yoxdur. Bunları salıblart ortaya . Bunu da proksi müharibələri adlandırırlar. Biz bununla mübarizə aparırıq”,-deyə o qeyd edib.