Azərbaycan vətəndaşı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı bizdə rəsmi məlumat yoxdur.
Bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.
Məlumata görə, Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.
Hələlik hadisələrin gedişi göstərir ki, əgər Ermənistan Baş Prokurorluğunda Kamil Zeynallı barədə hər hansı təqdimat olmayıbsa Rusiya Federasiyasında polisin canfəşanlığı başa düşülən deyil. Və bu qalmaqalda gizli qüvvələrin dərhal hərəkətə keçdiyini və nəyə görə iki ölkə arasında aranı qarışdırmaq istədiklərinə diqqət yönəlməlidir.
İfadetv.com