VƏ YAXUD, TOXUN ACDAN XƏBƏRİ OLANDA ZƏHƏRLƏNƏ BİLİR
Bakıda, məşhur hotellərin birində zəhərlənən şəxslərin son durumu açıqlanıb.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, iki nəfər – Xəzər Cabbarlı və Nicat Cabbarlı zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
X X X
Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.
Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə həmin şəxslərin qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.
Vəfat edənlərdən birinin atasının yüksək vəzifədə işlədiyi qeyd edilir.
Sayt sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı isə Xəzərdir. Onlar sinif yoldaşı olub. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır, Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.