Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib
Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Ə. Hüseynli deyib ki, deputatın mandatdan məhrum ediliməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.