Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə YAP-çı deputat Elman Nəsirov arasında sərt polemika yaşanıb.
“AzPolitika” xəbər verir ki, “Youtube” platforması üzərindən yayımlanan “Reaksiya” internet kanalında üz-üzə gələn siyasətçilər, bir-birlərinin ünvanına ağır ifadələr səsləndiriblər.
Qeyd edək ki, gərginliyə Elman Nəsirovun ABŞ haqqında işlətdiyi ifadələr səbəb olub. Deputatın “ABŞ Azərbaycanı özünə tərəfdaş seçib” cümləsinə Cəlaloğlu belə münasibət bildirib:
“Ayıbdı axı... Azərbaycan Nyu-Yorkdakı iki küçə boydadır. Bayaqdan burada rəqəmlər sayırsan, dövlət büdcəsi bu qədər, hərbi büdcə bu qədər... Amerikanın 1 ştatnının büdcəsi Azərbaycanın büdcəsindən yüz dəfə çoxdur. Sən nə danışırsan?!
- Sərdar Bəy sizin ixtisasınız nədir?
- Ə, nəyə görə ixtisas soruşursan?
- Sərdar bəy soruşuram...
- Mən siyasətçiyəm!...
- Ümumiyyətlə bazanız nədir?
- Bazam yoxdur!...
- Elmi dərəcəniz, elmi adınız nədir?
- Səni kimi elmlər doktoru olmaqdansa, çoban olmaq ondan yaxşıdır!
- Ay hörmətli tamaşaçılar, mən görürsüz ADP sədrinə necə hörmətlə yanaşıram... Mən BDU-da Amerika, Avropa ölkələri üzrə ixtisas almışam, namizədlik dissertasiyam, doktorluq işim ABŞ ilə bağlıdır...
- Harada almısan doktorluğu?
- Azərbaycanda!
- Ali Atestatsiya Komisiyasınn verdiyi diplomların çoxu saxtadır, bir də səninki...
(Mübahisənin davamını aşağıdakı linkdən izləmək olar)