Gəncə şəhəri, Mirzə Abbas küçəsi, ev 8, mənzil 64-də yaşayan şəhid və günahsız Qarabağ Müharibəsi əlilinin anası, yataq xəstəsi və təqaüdçü –müəllimə Rzayeva Əminə Bilal qızı tərəfindən İFADETV.COM İnformasiya Agentliyinə müraciət edilərək onun əlyazma müraciətinin dövlət başçısına və Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya ünvanladığı müraciəti mətbuat vasitəsilə ictimailəşdirməyimizi xahiş etmişdir.
80 yaşlı ağbirçək şəhid anası böyük oğlu Həsənov Zaur İbrahim oğlunun Gəncə Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev tərəfindən iki dəfə şərlənərək sifarişlə həbs etdirilməsindən bəhs etmişdir. O bildirir ki, İ. Balakişiyevin göstərişi ilə əvvəlcə 19 iyun 2003-cü ildə həbs etdirməklə 7 il azdlıqdan məhrum etdirmişdir. Oğlu Zaur yenidən cəzasını çəkib qurtardıqdan sonra da İlqarın yanına gedib işinə qayıtmağı israr etdiyinə görə bu dəfə də İ.Balakişiyev onu digər üsulla şərləyərək Cinayət Məcəlləsinin 120.2.4 –cü maddəsinə əsasən 19 il müddətinə sifarişlə azadlıqdan məhrum etdirmişdir. Guya oğlum Adil adlı əyyaş həyat tərzi keçirən birisini ölümcül döyübmüş. Halbuki oğlumun bu adamla ümumiyyətlə heç bir əlaqəsi, mübahisəsi olmamışdır. Ana bildiri ki, oğlu Zauru təcridxanada vəhşicəsinə təpikləyərək ölümcül döymüşlər. Budur, şəhid anası bildiri ki, 10 ildir ki, Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməyə məcbur edil miş oğlunun işinə düzgün baxılması üçün 10 ildir ki, yuxarı aidiyyatı orqanlara müraciətlər etməsinə baxmayaraq heç bir reaksiya verilməmişdir. Şəhid anası onu da bildirir ki, oğlu müharibə zamanı kəşviyyat taqımında xidmət etmiş 13 erməni əsgərini və çox sayda silah sursatı ələ keçirdiyinə görə Ulu öndər Heydər Əliyev tərəfindən ilk olaraq ona prezident təqaüdü verilmişdir. Hazırda oğlu astma bronxit, 2-ci qrup şəkərli diabetdən, qara ciyər serrozundan, infarktdan əziyyət çəkir.
Şəhid anası Əminə Rzayeva müraciətinin sonunda prezident cənab İlham Əliyevdən və 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan son ümid yeri kimi xahiş edir ki, oğlu Zaur Həsənovun reallıqda törətmədiyi cinayət işinin düzgün araşdırlmasına və hüquqi qiymət verilməsinə göstəriş versinlər.