“Türkiyə Suriyanın ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcək”.
Bunu Türkiyə Prezideni Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Livanın da Fələstin kimi ötən ili İsrailin təhdidləri və təcavüzü ilə başa vurduğunu qeyd edən Ərdoğan, hələ də minlərlə qaçqının mövcudluğundan söz açıb: “Bizim prioritetimiz tikinti vasitəsilə suriyalıların gündəlik həyatını normallaşdırmaqdır. Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması bizim ölkənin heç vaxt güzəştə getməyəcəyi bir məsələdir”.