Ağsu rayon icra başçısı Vahid Tağıyev ikinci müavini İqbal Mikayılovu vəzifəsindən azad edib.
Buna səbəb icra başçısının qəbulu zamanı sakinlərdən birinin şikayəti olub.
Rayon sakini probleminin həll olunmamasında İ.Mikayılovu ittiham edib. İcra başçısının müavini isə ittihamlara cavab verə bilməyib.(Oxu.az)