![XİN: Kiyev Azərbaycan qazının tranzit imkanları üzərində işləyir](https://olke.az/photo/770x415/2025/02/08/1738994487_mycollages_-_2024-08-13t155039.639.jpg)
Ukrayna hazırda Azərbaycandan Avropa ölkələrinə qaz nəqlində iştirak üzərində işləyir.
"Censor.NET" xəbər verir ki, bunu fevralın 7-də Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.
“Söhbət konkret olaraq Azərbaycan qazından və onun nəqlində Ukraynanın iştirakından gedir. Bəli, həqiqətən də bu iş aparılır", - Tixiy bildirib.
O qeyd edib ki, Ukrayna Slovakiyanın baş nazirindən fərqli fikirlər eşidir. "Slovakiya hökuməti də digər Avropa ölkələri kimi resursların diversifikasiyasını, onların təchizatını və enerji təhlükəsizliyini əvvəlcədən təmin etməli idi", - o qeyd edib.