"Azərbaycanla sərhədlə bağlı problem demək olar həll olunub”.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərində görə, parlamentdə etimad qrupunun iclasında Gürcüstanın bir neçə istiqamətlər üzrə sərhəd problemləri müzakirə olunub: "Azərbaycanla bağlı sərhəd məsələsi də nəzərdən keçirildi və bu problem demək olar ki, artıq yoluna qoyulub”.
DİN başçısı qeyd edib ki, toplantıda həmçinin Ermənistanla sərhədin demarkasiya və delimitasiyası ilə bağlı problem də nəzərdən keçirilib: "Bildiyiniz kimi, bu məsələnin həlli uzun zaman tələb edir. Bu məsələnin bir ay və ya bir il ərzində həll olunacağını gözləmirik. Biz bu məsələ üzərində işləyirik”.
V.Qomelauri deyib ki, etimad qrupunun iclasında sərhəd məsələləri ilə yanaşı, DİN-in büdcəsi və gizli satınalmalar barədə də müzakirələr aparılıb.