Bu gün əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edəcək.
Günün ikinci matçında - turun mərkəzi qarşılaşmasında “Qarabağ” öz meydanında “Sabah”la görüşəcək.
Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. “Sabah” isə 32 xalla beşinci pillədə qərarlaşıb.
Son iki turda qalib gələn Qurban Qurbanovun komandasından fərqli olaraq “Sabah” son 6 matçdan yalnız birində 3 xal qazanıb.
Cari mövsüm bu komandaların qarşıdurmasında “Qarabağ” üstün tərəfdir. İlk dövrədəki matç Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 1:1.