Yerevan daxil olmaqla Ermənistanın bəzi vilayətlərində elektrik təchizatında problemlər yaranıb.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Yerevan metropoliteninin işi dayanıb, sərnişinlər təxliyyə olunur.
Telefon şəbəkəsi və internet fasilələrlə işləyir.
Metropoliten rəhbərliyi, eləcə də ölkə ərazisində elektrik enerjisinin ötürülməsi və paylanmasına cavabdeh olan “Ermənistan elektrik şəbəkələri” QSC baş vermiş hadisə ilə bağlı hələ ki, rəsmi məlumat yaymayıb.
Sosial şəbəkələrdə yayılan məlumatda bildirilir ki, abunəçilərin maye qaz ilə tədarükündə də problem yaranıb.
***
Ermənistan Baş Nazirinin müavini Tiqran Avinyan öz feysbuk hesabında bildirib ki, “Yerevan” və “Razdan” İstilik Elektrik Stansiyalarının enerji blokunda qəza baş verib:
“Hazırda bizim enerji blokumuzda qəza olub. “Yerevan” İES bütünlüklə və “Razdan” İES-in beşinci bloku dayanıb. Bütün respublika üzrə elektrik enerjisinin kəsilməsi mümkündür”.
Onun sözlərinə görə, problemin saat 19:00-a qədər aradan qaldırılması üçün işlər görülür.