Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küç.,ev 3/2-də yaşayan Ağa Əflatun Ağakişi oğlu tərəfindən respublikanın direktiv orqanlarına və İfadetv.com İnformasiya Agentliyi redaksiyasına AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində baş verən korrupsiya əməlləri barədə şikayət məktubu daxil olmuşdur.
4 aydır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edən şikayətçi idarə rəisinin onu süründürməçiliyə salmasında, verdiyi sənədi itirməsindən, təqdim etdiyi sənədlərdə şübhələr olduğuna görə onu araşdırılması üçün guya hüquq mühafizə orqanlarına göndərməsi barədə müraciət müəllifinə və Baş idarəsinə yalan məlumatlar verməsindən, bir sözlə, kasıb olduğuna görə get-gələ salınmasından narazılığını bildirir və dövlət başçısından kömək istəyir
Oxucunun şikayətini olduğu kimi təqdim edirik: Mən bu il 3-cü dəfə ərizə ilə müraciət edərək Abşeron rayonu Qobu qəsəbəsində mənə məxsus 0,08 ha həyətyanı torpaq sahəsi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən səhvən Əlixasova İradə Sabir qızına 308013050286 reyestr nömrəsilə qeydiyyata alındığına görə daşınmaz əmlak üzərində hüquqlarımın dövlət qeydiyyatına alınması” barədə müraciət etmişəm. Əvvəlcə məlumat üçün bidirmək istəyirik ki, mənə- Əflatun Ağakişi oğluna və Əlixasova İradə Sabir qızına Abşeron rayonu, Qobu Bələdiyyəsi tərəfindən 2006 və 2007-ci illərdə ayrı ayrılıqda 0,08 ha həyətyanı torpaq sahəsi satılmışdır. İ.Əlixasova öz torpaq sahəsinə mülkiyyət hüququ əldə edən zaman DƏDRX-nin 9 saylı Ərazi İdarəsi mütəxəssisləri ona ayrılmış sahəni yerində təqdim etsələr də sənəddə 27.05 2014-cü il tarixli, RX seriyalı, 0416049 nömrəli çıxarışda isə İradə xanıma verilmiş 0.08ha yox, sərhədd qonşusu kimi mənə məxsus 0.08ha torpaq sahəsinin koordinatlarıilə sənədləşmə aparılmışdır. Hazırda belə sənədləşmə hər ikimiz üçün problem yaradır. Belə ki, İradaə xanıma öz torpağı üzrə çıxarışı səhvsiz almaq istəyir. Mən də öz payıma düşən sahəyə mülkiyyət sənədi əldə etmək istəyirəm. Budur, bu problemə görə 9 saylı Ərazi İdarəsi 01 aprel 2019-cu il tarixli cavab məktubunda mənə məxsus torpaq sahəsinin İ.Əlixasovaya məxsus olan torpaq sahəsilə üst-üstə düşdüyünə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Axı nəyə görə 9 saylı Ərazi İdarəsi mütəxəssisinin səhvi ucbatından vətəndaş Əflatun Ağakişi oğlu əziyyət çəkməlidir? Digər tərəfdən İ.Əlixasova bu günlərdə yaranmış problemlə əlaqədar 4 saylı Ərazi İdarəsi rəisinin və baş mühəndisinin qəbulunda olarkən izah olunmuşdur ki, hazırkı vəziyyətdə Ağa Əflatun Ağakişi oğluna da İradə Əlixasovaya aid torpaq sahəsi üzərində Əflatuna hüququn dölət qeydiyyatına alaq ki, sonradan hər ikiniz Dövlət Notariusuna müraciət edərək yerlərinizi( çıxarışları) qarşılıqlı razılaşma əsasında dəyişdirə biləsiniz. İ.Əlixasova müdiriyyətlə razılıq əldə etmişdir. Bundan əlavə İ.Əlixasovanın ərizəsi əsasında komissiya yaradılmış və yerə baxış keçirilmiş və faktlar öz təsdiqini tapmışdır. Mübahisə yarandığı üçün biz indi torpaqlarımızdan istifadə edə bilmirik. Ona görə də hər ikimiz 15 aprel 2019-cu il tarixli ərizə ilə 4 saylı Reyestr Xidmətinə müraciət edərək xahiş etmişdik ki, məsələnin həll olunması üçün lazımi tədbirlər görülsün. Lakin çox təəssüflər olsun ki, sonuncu müraciətimizə rəisF.İsayevin imzaladığı 18 aprel 2019-cu il tarixli, 193220002344 saylı cavab məktubunda qeyd etmişdir ki, “ ...təqdim etdiyimiz sənədlərin həqiqiliyinə ciddi şübhələr olduğu müəyyənləşdirilmiş və bu səbədən də ərizəmizə əlavə edilmiş sənədlər baxılıb araşdırılması üçün aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir.” Digər tərəfdən cavabda qeyd edilir ki,
“Tərəfimizdən müayinə olunan torpaq sahəsinin Əlixasova İradə Sabir qızına( 308013050268 reyestr nömrəsilə) məxsus olan torpaq sahəsiilə üst-üstə düşməsi səbəbilə torpaq sahəsinin yerquruluşu sxeminin dəyişdirildiyi müəyyən edilmişdir. Göstərilən səbəbdən ərizənizin icrası mümkün olmamışdır.”
Rəis F.İsayevin bu formal və əsassız cavabı qətiyyiyən bizi qane etmir. Mən də rəsmi olaraq bildirirəm ki, əgər Qobu Bələdiyyəsi tərəfindən mənə və divar qonşum İ.Əlixasovaya hər ikimizə 0.08 ha olmaqla torpaq sahəsinin alqı-satqısı və digər eyni sənədləşmə aparılıbsa və rəis F.İsayevin özünün də təsdiq etdiyi kimi, Əlixasova İradə Sabir qızına( 308013050268 reyestr nömrəsilə) ona məxsus torpaq sahəsilə mənə məxsus sahə üst-üstə düşmə səbəbilə torpaq sahəsinin yerquruluşu sxeminin dəyişdirlməsi müəyyən edilmişdir.” Axı biz iki sadə vətəndaşın günahı nədən ibarətdir ki, sizin 4 saylı Reyestr Xidməti mütəxəssisləri qonşum İ.Əlixasovanın yerini ölçən zaman səhvən mənim yerimin yerquruluşu sxemi üzrə reyesterdən çıxarış hazırlayıb veriblər? Qonşum İ.Əlixasova da indi bu savadsızlığın nəticəsində qalıb pis vəziyyətdə. Ev tikə bilmir. Mənim yerimə də çıxarış vermirsiniz. O zaman biz sadə vətəndaşlar nə etməliyik?
Digər tərəfdən rəis F.İsayev qabaqgəlmişdik edərək qeyd edir ki, ...təqdim etdiyiniz sənədlərin həqiqiliyinə ciddi şübhələr olduğu müəyyənləşdirilmiş və bu səbədən də ərizəmizə əlavə edilmiş sənədlər baxılıb araşdırılması üçün aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir”. Hara istəyirsən sənədlərin araşdırılmasını göndər ay rəis!. Bunun biz sadə vətəndaşlara nə dəxli var axı? Biz yerli bələdiyyənin adından alq-satqı müqaviləsi, Akt, torpağın plan və ölçüsünü özbaşımıza tərtib edib imza və möhürlərlə necə təsdiq edə builərik? Vətəndaş olaraq müraciət etmişik və hamı kimi sənədlərlə torpağımızı almışıq. Vəssəlam.
Digər fakt ondan ibarətdir ki, məsələn, Aşağı Güzdək qəsəbə ərazisində olan 12 ədəd belə yerin 10-na 4 saylı Ərazi İdarəsi torpaq sahəsinə dair mülkiyyət sənədi 2018-ci ilədək təqdim edilmişdir. Eləcə də Qobu qəsəbəsi üzrə onlarla vətəndaşa mənim kimi yerli bələdiyyədən aldıqları torpaq sahələrinə görə çıxarışlar verilmişdir, eləcə də qonşum Əlixasovaya da. O zaman niyə mənə imtina cavabı verilməlidir?. Mənə çatdıqda isə ayrısekçilik edərək rəsmi imtina məktubu yazırlar. Nə baş verir? “Kasıba çatdı, dərman yatdı” yoxsa idarənin səlahiyyətlilərinin saqqalının altından keçməyə maddi imkanımız olmadı? Təbii ki, bu məsələ hüquq-mühafizə orqanlarının işidir Və son illərdə həm Aşağı Güzdək qəsəbə, həm də Qobu qəsəbə ərazisi üzrə , özlərinin qeyd etdikləri kimi qəsəbə nümayəndəliklərinin torpaq sahəsi barədə eyni dövr üçün verdikləri sərəncamlar 10 nəfərə qanuni hesab olunur, amma mənə aid olan hissədə qanunsuz hesab olunur.Yəni, 4 saylı İdarə rəhbərliyi bu qanunsuz hərəkətilə, yəni mənə əsassız imtina məktubu göndərməklə, digər oxşar işlərlə bağlı 10-larla vətəndaşın torpaq sahələrinə mülkiyyəti təsdiq edən sənədlər verməklə öz subyektiv maraqlarını təmin etmişdir. Yəni, vəzifə səlahiyyətindən süi-istifadə etmişdir, insanlar arasında ayrıseçkiliyə yol vermişdir, vəzifə saxtakarlığına yol vermişdir. Bir sözlə, ciddi korrupsiya hüquqpozuntusuna yol vermişdir. Və məhz bu qanunsuz hərəkətlərinə görə 4 saylı Ərazi idarəsinin rəisi F.İsayevi 2018-ci ilin əvvəlində tutduğu vəzifədən azad etmişlər. Lakin çox təəssüflər olsun ki, F.İsayev yenidən yuxarılara yollar axtarmış və öz qanunsuz əməllərini davam etdirmək üçün kimlərisə razı salaraq 2019-cu ilin əvvəlindən öz əvvəlki posutuna yenidən təyin edilmişdir. Axı necə olur ki, törətdiyi qanunsuz əməllərə görə işdən azad olunmuiş dövlət məmuru 5-6 aydan sonra yenidən öz postuna təyin olunur?
Mənim ikinci müraciətimə də 4 saylı İdarə rəhbərliyinin 03 may 2019-cu il tarixli eyni məzmunlu təkara cavabı və ona uyğun yazılmış Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti rəisi Hikmət Mustafayevin imzaladığı 16 may 2019-cu il tarixli məktubundan da görünür ki, “Təqdim etdiyiniz sənədlərin həqiqiliyi şübhə doğurduğundan 4 saylı idrə tərəfindən araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.”Digər tərəfdən İradə Əlixasovya da idarə rəisi bildirib ki, Ağa əflatunun sənədləri seyfimizdə saxlanılır. Digər tərəfdən rəisi Hikmət Mustafayevə cvab yazır ki, guya mənim sənədlərim hüquq-mühafizə orqanlarına göndərilibmiş. Göndərilibsə bu 4 ay ərzində niyə məni və ya yerli bələdiyyədən kimsəni izahat almağa dəvət etmədilər? Deməli, rəis F.İsayevin Hikmət Mustafayevə də, Kərəm Həsənova da yazdığı formal cavabların heç bir əsası yoxdur və baş idarələrə yalan məlumatlar ötürülür. Digər tərəfdən qonşum İradə Əlixasovanı da iyunun 27-də idarəyə dəvət edərək bildiriblər ki, çıxrışı düz vermişik. Yazıq qadın da qalıb indi naəlac. Mənə isə İdarə rəisi bildiri ki, sənin yerquruluşu sxemin sənədlər arasında aşkar edilmədi və yoxdur. Lakin 01.04.2019 və 03.05.2019-cu illərdə yazdığı cavab məktublarında qeyd edir ki, yazdığı cavablarda isə bildirir ki, “tərəfimizdən müayinə olunan torpaq sahəsinin İ.S.Əlixasovaya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbilə torpaq sahəsinin yerquruluşu sxeminin dəyişdirildiyi müəyyən edilmişdir.” Yəni, rəis özü əvvəl təsdiq edir ki, mənə məxsus yerquruluşu sxemi digərilə üst-üstə düşür. İndi isə deyir ki, ərizədə sənin yerquruluşu sxemin aşkar edilməyib. Deməli bu korrupsioner vəzifə səlahiyyətindən süi-istifadə etməklə, vəzifə saxtakarlığı etməklə, sənədi oğurlayıb itiririr, digər tərəfdən baş rəisi H.Mustafayevə yalan məlumat verir ki, guya sənədlər araşdılıması üçün hüquq-mühafizə orqanlarına göndərilibmiş və s. sərsəmləmələr. Əslində hüquq mühafizə orqanları bu şəxsin qanunazid əməllərinə dərhal araşdırıb hüquqi qiymət verməlidirlər ki, minlərlə mənim kimi kasıb insanları əsassız incidibdövlətdən narazı salmasınlar.
Cənab Prezident Sizdən xahiş edirəm ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystr i Xidmətinin 4 saylı Ərazi İdarəsinin son illərdə qeyd etdiyim faktlar üzrə törətdilən korrupsiya əməllərinin bir daha ciddi araşdırlımasına göstəriş verməyinizi və Qobu Bələdiyyəsindən mənə məxsus qanuni aldığım 800 kv.m torpaq sahəsinə mülkiyyət sənədinin verilməsinə köməklik etməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm.
İfadetv.com