Bu barədə Jamaz.info-ya ASC-dəkı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, Hesablama Palatasının start verdiyi yoxlama əsasən maliyyənin hara və hansı istiqamətlərə xərcləndiyini müəyyənləşdirməkdir.
Maraqlı məqam odur ki, Hesablama Palatasının bu ilki planında belə bir yoxlama nəzərdə tutulmayıbmış.
Mənbə bildirir ki, yoxlamanın qəfil gəlməsi "Azərsu” rəhbərliyini də çaş-baş salıb. Belə ki, onlar ən yaxşı halda apreldə yoxlamaların aparılacağını gözləyirmişlər. Lakin prosesin qabağa çəkilməsi onların bir çox planlarının pozulmasına səbəb olub.
Mənbə qeyd edir ki, Hesablama Palatasının diqqət yetirdiyi, daha doğrusu, xüsusi olaraq araşdırdığı layihələr və məsələlər də "Azərsu” rəhbərliyinin ürəyincə deyil. İddia edilir ki, yoxlanılan sahələrə son iki ildə külli miqdarda vəsait ayrılsa da, işlərin icrası tam başa çatmayıb. Başa çatan işlərin də keyfiyyətindən əsaslı şübhələr var. Elə bu səbəbdən də şirkət rəhbərliyinin narahatlığı çoxdur. Hətta elələri var ki, bu yoxlamanın sifarişlə gəldiyini düşünür. Onların rəyi belədir ki, "Azərsu” rəhbərliyi gedir deyə, onun fəaliyyətini bu qədər dərindən və qəfil yoxlayırlar.