Bakıda dərsdə "teloxranitel" ilə oturan məmur nəvəsinin kimliyi məlum olub.
Məlumata görə, sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir.
O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir.
Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub.
Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir.
Məsələ ilə bağlı 6 və 134 saylı məktəblərin telefon nömrələri ilə əlaqə saxladıq. Lakin qeyri-iş günü olduğu üçün telefon zənglərimizə cavab verən olmadı.
Xatırladaq ki, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli bir neçə gün öncə sosial şəbəkə hesabında "status" yazaraq bildirib ki, onun övladının oxuduğu sinifdə vəzifəli şəxslərdən birinin nəvəsi də oxuyur və sinifdə mühafizə ilə birlikdə oturur.