Və yaxud, dövlət məmuru olmasan, milyarder olamassan!
“Növbəti dəfə deputat “seçilmiş” gözəllər gözəli Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində 10 milyonluq kompleks tikdirir”.
Bu iddia ilə Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli çıxış edib.
Jurnalistin araşdırmasına görə, tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.
SmartBee ilə effektiv edin.Qeyd edək ki, Hicran Hüseynova uzun illər Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsinin sədri olub.
İddia ilə bağlı Hicran Hüseynovanın da mövqeyini dərc etməyə hazırıq.