Yenixeber.org: Lakin Səhiyyə Nazirliyinin qərarını əməl etməyən “Medaura” klinikasının baş həkimi Nigar Məhəmmədova aprel ayının sonunadək xüsusi endirim kampaniyası elan edib.
Sosial platformada uca səslə çıxış edən Nigar Məhəmmədova aprel ayının sonunadək “Liposaksiya” və “Abdominoplastika” əməliyyatlarını hər şey daxil cəmi 1500 manata edəcəyini elan edib. Bəs görəsən Nigar Məhəmmədovaya bu əməliyyatları etməyə kim icazə verib?
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Nigar Məhəmmədova haqqında heç də xoş olmayan məlumatlar dərc olunmuşdur. “MedAura” klinikasında Nigar Məhəmmədova tərəfindən burnunun ucundakı ətliliyin incəldilməsini istəyən pasiyent 3000 manat ödib.Amma əməliyyatlardan sonra 1 il həyatı kabusa dönən, maska ilə gəzməyə məcbur olan pasiyentin klinika rəhbəri ilə mübarizəsi heç bir nəticə verməyib. Onlar səhvlərini boyunlarına almayıblar. Deyirlər ki, “burnundan narazısansa, biz yenidən əməliyyat edək, başqa həkimə getmə”… Rekonstruktiv əməliyyat xəstəyə 7500 manata başa gəlib. Lakin bu məsələ ilə bağlı heç bir tədbir görülməyib.
Həmçinin qeyd edək ki, Medaura klinikasında Nigar Məhəmmədovanın növbəti qurbanı isə Bakı sakini, Gunay Məmmədovadır.
Pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb. Şikayətçi bildirir ki, nəfəs almaqda çətinlik çəkir, dost- tanış, qouhumlar belə artıq məni tanımır, çünki üzüm tamimilə dəyişib ancaq səsimdən tanıyırlar deyə G.Məmmədova bildirib. Bir ay ərzində məni iki dəfə əməliyyata salıblar, mənə deyilmədən həyati əhəmiyyətli orqanlarıma müdaxilə (qabırğama) müdaxilə olunub. Bu günə qədər cərrahiyə əməliyyatı yeri sağalmayıb, yaramdan irin axır deyə G. Məmmədova bildirib.
Şikayətlə bağlı ”Medaura” klinikası ilə əlaqə yaratmaq mümkün olmadı. Nigar Məhəmmədova bu məsələrə heç bir açıqlama verməyib.
Hal-hazırda isə endirim kampaniyası ilə sosila platformada yeni qurbanlarına çağırış edir. Plastik əməliyyatlar edən Nigar Məhəmmədovaya niyə kimsə dur demir? Məsələ ilə bağlı Səhiyyə nazirliyindən heç bir açıqlama almaq mümkün olmadı.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, “MedAura” klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusif oğludur.(xalq.az)