Bu barədə Nigar Rəhimova özünün instaqram səhifəsində paylaşım edib.

Sosial şəbəkə istifadəçiləri müğənninin bu medalla təltif edilməsini birmənalı qarşılamayıb və onu qınaq hədəfinə çevirib. Müğənni bundan sonra həmin paylaşımı silib.
Məsələ ilə bağlı müğəninin özü ilə əlaqə saxlamağa çalışdıq. Nigar Rəhimovanın rəsmi instaqram səhifəsində yerləşdirilən əlaqə nömrəsinə köməkçisi olduğunu deəyn bir xanım cavab verdi.
Həmin xanıma jurnalsit olduğumuzu deyib sual ünvanlamaq istəyəndə hansı mövzu ilə bağlı zəng etdiyimizi bilərək izah verməyə başladı:
“Sosial şəbəkələrdə Nigar xanım haqqında artıq-əskik sözlər yazanlar, onun şərəf və ləyaqətini aşağılayanlar qanun qarşısında cavab verəcək”.
Vəsiqənin həqiqətən verilib-verilməməsi ilə bağlı sualımıza isə Nigar Rəhimovanın köməkçisi belə cavab verdi: “Xanım özü dövlətin qulluğunda xidmətindədir. Hər halda dövlətimiz necə qərar veribsə, elə də addım atılıb. Əlavə suala cavab vermək istəmirik”.
“Vətən müharibəsi iştirakçısı” medalı kimlərə verilir?
Bu medalla Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.Musavat.com