Bir sıra dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Komissiyanın iclasında bildirib.
R.Qasımov deyib ki, 62 saylı Kürdəmir dairə seçki komissiyasının sədri Mikaylov Əbülfət dünyasını dəyişib.
Bundan başqa, 58 saylı Xaçmazkənd seçki dairəsindən Səfərov Zöhrab MSK-ya müraciət edərək dairə seçki komissiyasının həlledici səs hüququ üzvlüyündən azad edilməsini xahiş edib.
Həmçinin 108 Ağstafa seçki dairəsinin üzvü Eynulla Eyyubov da dairə seçki komissiyasının həlledici səs hüququ üzvlüyündən azad edilməsini xahiş edib.
Məsələlər səsə qoyularaq qəbul edilib.
