DÜNYADA İLK DƏFƏ "QURANİ-KƏRİMİ"İPƏK ÜZƏRİNDƏ HƏKK EDƏN FÖVQƏLADƏ İSTEDADA MALİK TÜNZALƏ MƏMMƏDZADƏYƏ UĞURLAR ARZULAYIRIQ!
ƏZİZ DOSTLAR!
RESPUBLİKANI AĞUŞUNA ALMIŞ SEÇKİ AB-HAVASINDAN KƏNARDA QALMAQ ÇOX ÇƏTİNDİR. NAMİZƏDLƏRİN ARASINDAKI ÇOXLUQ TƏŞKİL EDƏN İŞSİZ VƏ PENSİYAÇILARDAN FƏRQLİ OLARAQ AZƏRBAYCAN RƏSSAMLAR İTTİFAQININ ÜZVÜ, MÜSTƏQİLLİK DÖVRÜ İNCƏSƏNƏTİMİZİ “QURANİ-KƏRİM”İ İPƏK ÜZƏRİNDƏ HƏKK ETMƏKLƏ XEYLİ ZƏNGİNLƏŞDİRƏN, ONA DÜNYƏVİ ŞÖHRƏT BƏXŞ EDƏN TÜNZALƏ MƏMMƏDZADƏ MÜSTƏQİL YARADICILIQLA VƏ PAYTAXTADKI ALİ TƏHSİL OCAQLARINDAN BİRİNDƏ TƏDRİSLƏ MƏŞĞUL OLMAQLA, DEPUTATLIĞA NAMİZƏDLİNİ İRƏLİ SÜRMÜŞDÜR. ONUN ŞƏKİDƏKİ 113 SAYLI ŞƏHƏR SEÇKİ DAİRƏSİNDƏN NAMİZƏD OLMASI DA ONUN ŞƏKİLİ OLMASI İLƏ BAĞLIDIR. BAŞQA SÖZLƏ DESƏK, ONU HAMI KİMİ ŞƏKİLİLƏR DƏ YAXŞI TANIYIR VƏ ONUNLA FƏXR EDİRLƏR. DÜŞÜNÜRƏM Kİ, ŞƏKİLİLƏRİN ONA RƏĞBƏTİNİ ƏYANİ BİLDİRMƏ ÜÇÜN GÖZL ŞƏRAİT YARANMIŞDIR, QƏNAƏTİMCƏ, ONLARIN FEVRALIN 9-DA ONA SƏS VERMƏLƏRİ BUNUN TƏSDİQİ OLA BİLƏR. SƏNƏTKARLAR DİYARINN SƏNƏTKARA SƏS VERƏCƏYİNƏ ŞÜBHƏ ETMİRƏM!
ƏZİZ ŞƏKİLİLƏR! SİZİ FEVRALIN 9-da LAYİQLİ NAMİZƏD TÜNZALƏ MƏMMƏDZADƏYƏ SƏS VERMƏYƏ ÇAĞIRIRAM!
ŞƏKİ MƏDƏNİYYYƏTİNİN DAVAMLI TƏBLİÇİSİ:
ZİYADXAN ƏLİYEV
Bu məqalə də Tünzalə xanımın yaradıcılığı barəsindədir:
İPƏK QƏDƏR ZƏRİF BOYALAR
Tünzalə Məmmədzadənin yaradıcılıq axtarışları...
Qədim tarixə və zəngin bədii ənənələrə malik Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin bu günə kimi incəsənətimizin və milli məişətimizin ayrılmaz hissəsi olaraq qalması heç şübhəsiz ilk növbədə həm də onların yüksək bədii-estetik dəyərini və məqsədyönlü funksionallıqlarını qoruyub saxlamaları, eləcə də əsərlərin-əşyaların ümumi görkəminə zaman-zaman alıcının-istifadəçinin zövqünü oxşaya biləcək bədii tutum verilməsi ilə baglı olmuşdur.
Bəzən adama elə gəlir ki, incəsənətin illərlə-əsrlərlə formalaşan və oturuşmuş görünən bədii-texniki ifadə vasitələrini yeniləşdirmək çox çətindir. Amma sənət məkanında bu vaxta qədər tuş gəldiyimiz çoxsaylı hallar göstərir ki, bu işi görmək həmişə mümkündür. Bir şərtlə ki, bağlandığın sənətə sonsuz sevgin ola. Sizə haqqında söz açmaq istədiyimiz gənc rəssam Tünzalə Məmmədzadə belə yenilik həvəsli yaradıcılardandır. Onun 2014-cü ildə Bakıda və İstanbulda təşkil olunan fərdi sərgiləri göstərdi ki, ərsəyə gətirdiyi sənət nümunələri Azərbaycan incəsənətində yenilikdir. Ona müvafiq qurumlar tərəfindən müəlliflik şəhadətnaməsinin verilməsi də Tünzalə Məmmədzadənin ipək üzərində ilk rəngkarlıq nümunəsinin yaradıcısı olduğunu təsdiqləyir...
Onun ərsəyə gətirdiyi əsərlər zahirən həm də ipək və pambıq parça üzərinin təsvirlərlə bəzədilməsi ilə (əski qələmkarlıq nümunələrində bu iş naxış formalı qəliblərin parça üzərinə basılması ilə görülürdü) ərsəyə gətirilən qələmkarlıq nümunələrini xatırlatsa da, onlar bədii həllinə görə faktiki olaraq rəngkarlıq əsərləridir.
Rəngləri ipək qədər zərif olan bu əsərlərin tətbiqi sənət nümunələri ilə vurguladıgımız əsas yaxınlıgını şərtləndirən başlıca bədii-texniki xüsusiyyətlər əsərlərin qələmkarlıq nümunələrindəki kimi ipək materialdan və bəzək örtüyünü şərtləndirən dekorativ mahiyyətli naxışlardan istifadə olunmasıdır.
Qeyd edək ki, qələmkarlıq nümunələrinin bəzədilməsində müxtəlif naxış formalarına malik qəliblərdən istifadə olunması onların kütləviliyinə nail olunmasına-istənilən sayda hazırlanmasina imkan verir. Tünzalə Məmmədzadənin hazırladıgı sənət nümunələri isə ipək üzərində bilavasitə əllə çəkildiyindən onların hər biri orijinal sayılır. Belə əsərlərin oxşarının yaradılması da qəliblə hazırlanan qələmkarlıq nümunələrindən fərqli olaraq surət-təkrar yox, orijinala bərabər müəllif təkrarı sayılır.
Rəngkarlıq nümunələrinin bu vaxta kimi çox fərqli səth və müxtəlif material üzərində yaradılmasına rəgmən, müəllif düşüncələrinin ipək üzərində çəkilməsini də təbii saymaq olar. Başqa sözlə desək, böyük məhəbbətlə yaratdığı nümunələr ipək üzərində akril boyalarla yaradılmış rəngkarlıq əsərləridir. Elə onların ən müxtəlif janrlarda işlənməsi də bu lövhələrin təsviri sənətin rəngkarlıq növü ilə baglılıgını əks etdirir. Onun Bakı və İstanbul tamaşaçılarını sözün əsl mənasında heyrətə gətirən “Nur”, “Yaranış”, “Zikr”, “Fəryad”, “Dua edən qız”, “Xoşbəxt gəlin”, “Kədərli gəlin”, “Yüküm yaman ağırdı”, “Eşq”, “Mövlanə”, “Həsrət baleti”, “Zümrüd quşu”, “Çiçək”, “Kim qırdı?”, “Sevgi qanadlarında” və digər lövhələrində bunu müşahidə etmək mümkündür.
Onları klassik-ənənəvi rəngkarlıq nümunələrindən fərqləndirən qabarıq bədii xüsusiyyət həmin işlərin duyulası dərəcədə dekorativ həll daşıyıcısı olmalarıdır. Etiraf edək ki, bu vaxta qədər ərsəyə gətirilən dünyəvi və milli rəngkarlıq nümunələrində zaman-zaman forma-biçim dekorativliyinə və rəng lakonikliyinə rast gəlinsə də, həmin bədii həll nümunələri Tünzalə Məmmədzadənin əsərlərindəki kimi konkret və qabarıq olmayıb. Odur ki, bu cür yıgcam bədii ifadə ilə əsərin düşündürücülüyünə və bütövlüyünə nail olmagın çətinliyi qarşılıgında müəllifin ərsəyə gətirdiyi müxtəlif mövzulu nümunələri Azərbaycan təsviri sənətində oxşarı olmayan və yüksək bədii-estetik dəyərə malik orijinal rəngkarlıq əsərləri saymaq olar.
Gənc olmasına baxmayaraq, Tünzalə Məmmədzadənin ipək üzərində yaratdığı ecazkarlığı danılmaz istedadı və təhsili ilə yanaşı çox qısa müddətdə topladığı bədii-texniki təcrübənin nəticəsi hesab etmək olar. Yəqin ki, sənətkarlar diyarı sayılan Şəkidə dünyaya göz açan rəssamın xalq sənəti ənənələrindən, xüsusilə də kələğayı və qələmkarlıq sənətindən faydalanmasını təbii saymaq mümkündür. Ancaq onun gözünü açıb gördüyü bu dəyərli bədii-məişət nümunələrindən yaradıcılıqla bəhrələnməsi də danılmazdır. Təbii ki, əgər onun ərsəyə gətirdikləri qədim ənənənin quruca təkrarı olsaydı, onda bu yanaşma heç kimə, xüsusilə də mütəxəssislərə maraqlı görünməzdi. Əslində Tünzalə xanımın ənənə ilə müasirliyin sintezinin əldə olunmasına yönəli bu axtarışlarında qədim irsin daşıdığı zərifliyə, ritmə və axıcılığa tapınma daha güclü və qabarıqdır. Bütün bədii məziyyətlərin ənənəvi rəngkarlıqla miniatür üslubunun qovşağı ilə yaranan özünəməxsus bədii görüntüsü isə doğrudan da milli ruhlu və müasir tutumludur, desək, yanılmarıq. Onun zaman-zaman tamaşaçıları sözün əsl mənasında heyrətə gətirən mənəvi-fəlsəfi tutumlu “Nur”, “Yaranış”, “Zikr”, “Fəryad”, “Dua edən qız”, “Xoşbəxt gəlin”, “Kədərli gəlin”, “Yüküm yaman ağırdı”, “Eşq”, “Mövlanə”, “Həsrət baleti”, “Zümrüd quşu”, “Çiçək”, “Kim qırdı?”, “Sevgi qanadlarında” və digər lövhələrində bunu müşahidə etmək mümkündür.
Onun hər bir əsərində məzmunun açımına yönəli forma-biçim tapıntıları xüsusilə diqqətçəkəndir. Bu mənada “Eşq”, “Nur”, “Zikr”, “Fəryad”, “Kədərli gəlin” və “Qız duası” kimi əsərlərin adını çəkmək olar. “Eşq”də aşiqlərin baş-başa vermiş buta şəklində görüntüsü, “Nur” və “Zikr”də müqəddəs dini məkanların damla və təsbehlə əlaqəli ifadəsi, “Yaranış”da ana bətnində olan körpə ilə səcdədə olanın qovğaqda təqdimatı bunun təsdiqidir. İpəyin bir qədər tutqun yerliyində baxışlarını yerə zilləyən butanın “Kədər”ini, qara yerlikdəki küsüşən butaların başından yüksələn ah-nalə dolu “Fəryad”ını, ritmli “islimi”lərin üst-üstə sıralanmasının “Qız duası”nı ifadə edən naxış-təsviri kifayət qədər cəlbedici və yaddaqalandır.
Düşüncələrini fəlsəfi yükə bələnmiş halda təqdim etmək Tünzalə Məmmədzadənin yaradıcılığı üçün səciyyəvidir. Onun müxtəlif mövzulu əsərlərində fəlsəfi işartı müxtəlif tutumdadır. Elə onların mövcudluğundandır ki, rəssamın ipək səthdən “boylanan” bədii görüntüləri kifayət qədər düşündürücüdürlər. “Nur”, “Zikr”, “Yaranış”, “Fəryad”, “Yüküm yaman ağırdı”, “Kədərli gəlin” və “Dünya” əsərlərində fəlsəfi yük kompozisiyanı təşkil edən detallara və atributlara ustalıqla “hopdurulduğundan” onlar tamaşaçını dialoqa çəkmək gücündədirlər. Bu səbəbdən də belə əsərlər zamansızlığının qazanmış kimidirlər və bunu da gənc yaradıcının yaddaqalan uğuru saymaq olar.
Rəssamın ipək üzərində yazdığı “Qurani-Kərim”i onun yaradıcılığının yaddaqalan səhifəsi hesab etmək olar. Türkiyə Respublikasının Prezidenti Racib Təyyub Ərdoğana hədiyyə olunan bu qiymətli əsər müasir incəsənətimizin uğurlarından hesab olunur.
Onun görkəmli bəstəkar Cavanşir Quliyevin yaradıcılığına həsr olunmuş silsilə əsərlərini də mövzuya obrazlı-rəmzi baxışın gözəl nümunələrindən saymaq olar.
Rəssamın davamlı axtarışlarının nəticəsi olan dəst-xətti və ifadə vasitələri daha çox mövzunun və süjetin şərti-rəmzi təqdimatına köklənsə də, hər bir əsərdə ovqatyaradıcı bədii işartıları da görmək mümkündür. O, bunu çox vaxt yerliyin müxtəlif rəngləri, xətlərin dəyişgən ritmi, elemetlərin məna-məzmun tutum daşıyıcılığı, naxışların mənalandırılması ilə əldə edir. Bu da heç şübhəsiz gənc yaradıcının tətbiq etdiyi təsvir-naxış məcmusunu tamaşaçını duyğulandırmaq tutumda təqdim etmək bacarığının ifadəsinin nəticəsidir.
Sənət məkanında gənc olmasına baxmayaraq Tünzalə xanımın artıq davamçıları da vardır. İstanbuldakı “İpəkdə yaşayan izlər” sərgisində onun üç yetirməsinin – Elmar Məmmədzadə, Mahizər İbadzadə və Fərid Salamlının da müxtəlif janrlı əsərlərinin nümayişi də bu yeni başlanğıcın uğurla davam etdiriləcəyinə inam yaradır.
ZİYADXAN ƏLİYEV
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor