Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün Ukraynaya səfər edəcək.
Bu barədə məlumatı Serbiya liderinin Mətbuat xidməti yayıb.
Səfərdə məqsəd Ukrayna – Cənub-Şərqi Avropa sammitində iştirak etməkdir.
Bu, Vuçiçin hakimiyyətdə olduğu 12 il ərzində Ukraynaya ilk səfəridir.
Qeyd edək ki, sözügedən sammitə Cənub-Şərqi Avropanın 12 ölkəsinin yüksəkvəzifəli nümayəndəsi qatılacaq.
