"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Qurban Qurbanovun komandası turnirin I təsnifat mərhələsində baş tutacaq "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) matçının qalibi ilə üz-üzə gələcək.
II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
