Etibarlı mənbənin verdiyi məlumata görə 2 ilə yaxındır ki, bölgələrdən birində ( ad hələlik çəkilmir) ETSN-nin yüksək çini məmuruna məxsus böyük taxta zavodu gizli fəaliyyət göstərir. Bildirilir ki, zavodun həyəti 1 ha ərazini əhatə edir. Həyətdə onlarla yük avtomobili müxtəlif cinsli və iri diametrli ağac növləri "İçlik" material kimi buraya daşınır. Zavodda 21 nəfərişçi çalışır. Burada çoxsaylı və funksiyalı dəzgahların olduğu və fasiləsiz işlədiyi bildirilir. Zavoda hər gün ən azı 10-a yaxın meşə materialı ilə yüklənmiş avtomobillər daxil olur. Emal edilmiş mebel detalları, pareket reykaları və əsasən fısdıq materialından hazırlanmış vəqurudulmuş taxtalar Bakının Nərimanov rayonu ərazisində yerləşən "Keşlə" bazarı kimi tanınan bazırın yaxınlığındakı taxta satışı məntəqəsinədaşınır. Burada hər kub fısdıq taxtası alıcılara 1000 manata təklif edilir. Gzli zavodun fəaliyyəti nəticəsində dövlətə və təbiətə milyonlarla manat maddi ziyanın dəydiyi bildirilir. Xüsusi araşdırmalarımız zamanıdigər mənbələr də məlumatın düzgünlüyünü təsdiqlədilər. Qalır bircə nazirliyin dərhal bu gizli zavodu bizim köməkliyimizlə tez bir zamanda xüsusi komissiya təşkil edərək yerində sənədləşdirmək. Ona görə də cənab nazir Muxtar Babayevə KİV vasitəsilə müraciət edərək xahiş edirik: Dövlətə və təbiətə ziyan vuran və vurmaqda davam edən gizli taxta zavodunun fəaliyyətinə son qoymaq və dəymiş ziyanın mütəxəssilər tərəfindən araşdırlması üçün bizim iştirakımızla ETSN-nin səlahiyyətli şəxslərinin bölgəyə ezam olunmasına icazə verəsiniz.
Araşdırmaçı jurnalist Məmməd ƏHMƏDOĞLU
