Xəbər verdiyimiz kimi, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Maraqlıdır ki, C.Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, bu gün yenidən geniş açıqlama yayıb. Mətbuat Şurasının üzvü olan C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.
Bəli, Azərbaycanda hər bir sahədə belə xoşagəlməz hadisələr gözləniləndir. Bizi bir media mənsubu olaraq ən çox üzən məsələ "MŞ"-nın İdarə Heyətinin üzvü kimi təmsil oluanan bir biznesmenin urnalistləri ağına bzuna baxmadan. arxalandığı "köpək"lərə və puluna güvənərək təhqirlər yağdırmasıdır. Ölkənin siqaret və dərman inhisarına birbaşa rəhbərlik edən birisinin qazandığı ifrat pulların"qızıdrmasından" bu dərəcədə özünü vəhşi qəbilənin üzvü kimi aparması cəmiyyətdə hiddətlə qarşılanmışdır. Bu adam Mətbuat Şurasında təmsil olunsa da heç vaxt iclaslarına qatılmır. Yəni, adam vaxtını yalnız pulqazanmağa sərf edirdi. Doğrudur, ildə br neçə dəfə həmin "MŞ" üzvlərini özünün Şəkidə yerləşən "Şəki Saray" otelinə dəvət etməklə yaxşıca qonaqlıq verməyi və hər birinə "mükafatlar" təqdim etməklə yola salması da onu deməyə əsas verir ki, cənab Feyziyev nə qədər məşğul olsa da, Əli Həsəsnovdan qalma tör-töküntü "MŞ" üzavlərini yaddan çıxarmır və sədaqət nümayiş etdirir. Ki, sabah onun barəsində ölkə mətbuatında hər hansı xoşagəlməz yazılar getməsin. Budur, son 7 günün hadisələri göstərdi ki, Əli Həsənovdan qalma "MŞ" adalanan bir strukturun üzvləri də bu gün dargündə C.Feyziyevə köməklik edə bilmirlər. Özünü xəstə yerinə qoyan Ə. Amaşov da yaxın günlərdə bir rəyə gələcəyini bu gün söyləmək məcburiyyətindədir. Halbuki, o mətbuat nümayəndələrinin təhqirlərə, böhtanlara məruz qaldığı gün dərhal "MŞ"-nın tplantısını keçirib qanuni qərarar verməli idi. Bəs, Vüqar Səfərli kimi birisinin ifşasından sonra ümid mrzəyevlər, müşviqlər, yadigarlar, nə desinlər? Bu adamlar indi gözləyirlər ki, ömür boyu patronları olmuş Ramiz Mehdiyev və Əli Həsənov nə göstəriş versələr "MŞ" rəhbərliyi də o formada çalınana oynayacaqlar. Amma gecdir, cənablar! Artıq nüfuzlyu mətbat nümayəndələrinin hər biri deputat C. Feyziyevə layiq olduğu cavabı mislilə vermişlər.
İFADETV.COM
