Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi gerçəkləşib.
Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hər iki tərəfdən 175 əsgər öz ölkələrinə qayıdıb.
“Martın 19-da danışıqlar prosesi nəticəsində 175 rus əsgəri Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində təcili tibbi yardıma ehtiyacı olan 175 əsgər və 22 ağır yaralı ukraynalı hərbçi xoşməramlılıq əlaməti olaraq təhvil verilib”.
Nazirlik rusiyalı əsgərlərin hazırda Belarusda olduğunu və onlara psixoloji və tibbi yardım göstərildiyini qeyd edib, onlara yaxınları ilə əlaqə saxlamaq imkanı verildiyini bildirib.
Müdafiə Nazirliyi həmçinin Birləşmiş Ərəb Əmirliklərinin humanitar vasitəçilik təşəbbüslərinin rus əsgərlərinin vətənlərinə qayıtmasında təsirli olduğunu vurğulayıb.
