Azərbaycanın sabiq Nəqliyyat naziri Ziya Məmmədov və oğlu Anar Məmmədov koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
İfadetv.com saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ziya Məmmədov Fonda 2000 AZN, oğlu Anar Məmmədov isə 3000 AZN məbləğində vəsait köçürüb. Xatırlatmaq yerinə düşərdi ki, Z.Məmmədov 7-8 il əvvəl şəxsi delfinləri xəstələndiyinə görə İtaliyadan xüsusi təyyarə ilə həkim baytar briqadası sıfariş etmiş və xidmət haqqı olaraq 200000 dollar vəsait ödəmişdir. İndi isə görünən budur ki, dövlət strukturlarında işlədiyi 22 il müddətində oliqarxa çevrilmiş sabiq nazir Vətənin dar günündə 2000 manat pulundan keçməklə vətəndaşlıq borcunu yerinə yetirdiyini düşünür.
İfadetv.com