Xəbər verildiyi kimi, Dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər.Dövlət başçısı bununla bağlı son çıxışlarında hətta Fonda 1 manat məbləğində pul köçürmüş sadə azərbaycanlılara da öz minnətdarlığını bildirmişdir.
Lakin az sayda Azərbaycanlı imkan sahiblərindən yalnız Ziya Məmmədov bu təşəbbüsə qoşularaq 2 min manat, Rusiyada yaşayan Qod Nisanov isə 2 milyon dollar vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməsindən başqa digər çoxsaylı sərvətlərə malik imkanlı şəxslərimiz Prezident İ.Əliyevin təşəbbüsünə hələlik qoşulmur, sadəcə passiv tamaşaçı mövqeyi sərgiləyirlər. Arzu olunandır ki, dövlət büdcəsinin var günündə səlahiyyətlərindən süi-istifadə etməklə, müxtəlif adlar altında ( tenderlər, formal təyinat üzrə) mənimsənilən milyonların heç olmasa cüzi bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım adı altındda geri qaytarılsın. Cənablar, fürsəti əldən buraxmayın, yoxsa gec olar.
İfadetv.com