Koronavirusa qarşı peyvənd heyvanlar üzərində uğurla sınaqdan keçirilib.
Cebhe.info xəbər verir ki, bu barədə Türkiyənin Hacəttəpə Univeristetinin professoru Atəş Qara bildirib. Onun sözlərinə görə, artıq sınaq uğurla başa çatıb.
Mütəxəssis bildirib ki, yeni tip virusa qarşı peyvənd heyvana mikroiynə və yapışdırıcı vasitəsilə tətbiq olunaraq artıq nəticəsini verib.
"Yaxşı xəbərdir. Koronavirusa qarşı peyvənd immunitet cavab verib. İndi onun insanları qoruyub- qorumadığını yoxlamaq zamanıdır",- deyə professor sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, peyvəndin hazırlanması bir neçə ölkədə aparılır.
Xəzər
Cebhe.info