Ermənilər əsil işğalçının adını çəməyə məcbur olurlar
Ermənistan tərəfi bəyan edir ki, danışıqlar masasında hansısa sənəd yoxdur. Belə bir fikir var ki, Paşinyan xalqı aldadır.
Axar.az xəbər verir ki, bunu erməni politoloqu Şant Arutyunyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan nə olduğunu başa düşmədən danışıq aparır.
“Nikol Paşinyan deyir ki, biz danışıq aparmırıq. Lavrov və digərləri bizə cavab verir: Əzizim, nə istəyirsən de, amma bütün hallarda sənədi imzalayacaqsan”, - politoloq bildirib.
Arutyunyan qeyd edib ki, Paşinyan danışıqların nə olduğunu başa düşə bilmir. Çünki Ermənistan baş naziri danışıqları Madrid prinsipləri əsasında aparmadıqlarını, sıfırdan başladıqlarını deyir. Bu da onu sübut edir ki, erməni xalqı adekvat deyil.
Politoloqun sözlərinə görə, Rusiyanın həll olunmamış problemləri qaldıqca regionda status-kvo qorunacaq:
“Ermənilər torpaqları qaytarmaq istəsə də, Rusiya buna qarşı çıxacaq”.
İfadetv.com Erməni politoloqu Ş.Artyunyanın fikirlərinin ciddi qəbul edərək bildirir ki, Rusiya Federasiyasının Murmansk vilayətində yaşayan iş adamı İlqar Vəliyevin də dediklərilə Artyunyanın indi söylədikləri üst üstə düşür. Belə ki, İ.Vəliyev də bildirmişdir ki, 6-7 il əvvəl Rusiy federasiyasının Murmansk vilayətindən seçilmiş deputatıilə masa arxasında yeyib içdikdən sonra o Qarabağla bağlı maraqlı bir dövlət sirrini bizimlə bölüşdü. Deputat qeyd etdi ki, bir az əvvəl Dumaya Ermənistandan deputat qrupu gəlmişdir. Biz onları dinlədikdən sonra aydın oldu ki. onlar Ermənistanın düşdüyü ağır iqtisadi vəziyyəti bəhanə gətirərək Qarabağ və ətraf işğal olunmuş rayonların bir hissəsini kompromis variantla Azərbaycana qaytarmaq istəyirlər. Məslənin məğzini bilədikdən dərhal sonra onların üstünə elə qışqırdıq ki, onların hamısı bir anlıq şok yaşadılar. İzah etdik ki, siz Qarabağı almısınızmı ki, hələ bir qaytarmaq da istəyirsiniz? Rədd olun buradan!. Bəli, biz o vaxt həmyerlimizə bəlkə də maa arxasında deputatın sərxoşluqla belə dediyini ciddiyə almadıq. Amma bu gün bir daha Ermənistanda tanınmış bir politoloqun Dumanın deputatının Qarabağlı bağlı rəsmi mövqeyini bildirsə, deməli şübhələrimizdə yanılmamışıq. Və artıq hər şeyi öz adıilə çağırmağın vaxtıdır.
İfadetv.com
