Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, hazırda ölkədə 46 məhbus koronavirusa yoluxub: "Bu rəqəm əvvəl 33 idi. Daha 13 məhbus virusa yoluxub. "Cəzaçəkmə müəssisələrində yoluxanlar kənarda tibbi xidmətə cəlb olunurdular. Onlar da əsasən şəkərli diabet və ya böyrək çatışmazlığı ilə bağlı idi".
O bildirib ki, xroniki xəstələrin koronavirusa yoluxma faktları üstünlük təşkil edib: "Belə xəstələr arasında müalicə alanda yoluxma artır. Onlar da təmasda olanları da yoluxdurub. Proses məhdudlaşdırılıb".