Üç dostun Elvin Əliyev adlı dələduz tərəfindən aldadıqları barədə əvvəlki yazılarımızdan sonra Ədliyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinə müraciət edərək müvafiq məhkəmə tərəfindən 3 il şərti cəza almış dələduzun tapılaraq istintaqa təhvil veriməsi barədə müraciətimizdən sonra dərhal lazımi operativ tədbirlər nəticəsində onun şərti cəzası Nəsimi rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərarı əsasında həbslə əvəz olunması qeyd edilmişdir. Biz sayt olaraq müraciətimizi dəyərləndirdiyi üçün Ədliyyə Nazirliyinə minnətdarlığımızı bildiririk. lakin çox təəssüflər olsun ki, dələduz E.Əliyevin həbs edilməsi üçün məlum məhkəmə qərarının icras edilməsi Nəsimi rayon Polis İdarəsinə həvalə edilsə də, hələlik heç bir nəticə yoxdur. Zərəçəkmişlərin verdiyi məlumata görə dələduz E.Əliyevin vaxtilə onlara etiraf etmişdir ki, onu Nəsimi RPİ-də işləyən dostu olan bir polis kapitanı çox köməklik edir. Doğrudan da fevralın 14-dək dələduz bu günədək gen-bol istifadə etdiyi sosial şəbəkələrdən dərhal uzaqlaşmış, gizlənməsi tövsiyə olunmuşdur. Nəticə çıxır ki, Nəsimi RPİ-də dələduzu qoruyan "mələk kapitan" pul müqabilində lazımi məlumatları vaxtaşırı dələduza ötürürmüş. Dələduzun atası Gündüz Əliyevin verdiyi məlumata görə oğlu Elvin təkcə 2019-cu ilin oktyabr-noyabr aylarında daha 12 nəfər şəxsin külli-miqdarda pulunu mənimsəmişdir. Məsələnin kökünü araşdırdığımız zaman o da məlum olmuşdur ki, 2018-ci ilin martın 3-də 8 nəfər zərəçəkmişə vurduğu 300000 dollar pula görə Elvin Əliyevə Bakı Ağır Cinayətlər Məhkəməsində dərhal Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə cinayət işi başlanaraq 4 ay həbs-qəti imkan tədbiri seçilmişdir. Və adından da göründüyü kimi ağır cinayət törətmiş dələduz E.Əliyev vicdansız hakim tərəfindən 3 il şərti cəza verilərək yenidən cəmiyyətin daxilinə buraxılmışdır. lakin qanunvericilik deyir ki, cəmiyyət üçün belə təhlükəli canini zərəçəkmişlərə quru vədlər verməklə azadlığa buraxmaq özü cinayət hesab olunur.
Yeri gəlmişkən, eynilə bu hadisəyə oxşar bir faktı oxucuların diqqətinə çatdırmaq istərdik. Belə ki, 4 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin məşhur hakimi Həsən Əliyev Ramazan Məmmədovdan borc müqaviləsi əsasında aldığı 300000 manat pulu qaytarmadığı üçün Gəncə şəhər Nizami rayon Məhkəməsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda cəzasını ƏN-yi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə məntəqəsində cəzasını çəkir.HəƏliyevi bu cəzadan çox məmnun olduğunu bildirmişdir ki, yaxşı ki, hakim bir həmkr kimi mənə az müddətə cəza vermişdir. Amma dəfələrlə dələduzluq etmiş ( hətta xarici völkə vətəndaşı olan bir türk iş adamına qarşı dələduzluq cinayəti törətmiş) peşəkar dələduz Elvin Əliyevə 3 il şərti cəza verilməklə azadlığa buraxılmışdır. Və dərhal dələduz işini davam etdirərək onlarla vətəndaşlara qarşı eyni əməli törətmiş və hazırda da törətməkdə davam etməkdədir. Son məlumata görə Binəqədi, Yasamal və Nəsimi Polis İdarələri çoxsaylı şikayətlər əsasında bu cinayətkarı axtarırlar. Bəs o zaman, kimdir günahkar? Əlbəttə ki, qanunvericiliyin icazə vermədiyi halda belə canini maddi maraqların təmin olunması müqabilində azadlığa buraxmış vicdansız HAKİM.
Hesab edirik ki, tezliklə Nəsimi RPİ-nin peşəkar operativ işçiləri tərəfindən dələduz ELvin Əliyev qısa müddət ərzində tapılaraq yenidən hakim qarşısına çıxarılacaqdır. Elə ona görə də zərəçəkmişlərin belə bir təhlükəli dələduzun tapılması üçün daxili işlər naziri cənab Vilayət Eyvazova və direktiv orqanlara etdikləri müraciəti olduğu kimi təqdim edirik:
" Biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdurahmanov sonradan məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ilin dekabrın 5-də CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il şərti cəza almış, “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi Əliyev Elvin Gündüz oğlu bizə vədlər verməklə 32000 manat pulumuzu ələ keçirmişdir. Məsələ barəsində verdiyimiz 12 sentyabr 2019-cu il tarixli,şikayət ərizəsi əsasında Yasamal RPİ-nin 27-ci PB-də aparılan təhqiqat zamanı gizlənən məhkum E.Əliyev polis kapitanı Cavid Usubov tərəfindən digər xalasıoğlu Məhəmmədin vasitəsilə saxlanılaraq təhqiqatçı Fuad Cənnətova təhvil verilmişdir. Və bizə məlum olmayan səbəblərdən məhkum dələduzun izahatı alınandan sonra Nəsimi Rayon Probasiya Şöbəsinə təhvil verilməsi əvəzinə sərbəst buraxılmışdır. Bu hadisədən sonra Yasamal RPİ-nin istintaq Şöbəsində 3 aylıq İstintaq araşdırması zamanı məhkum dələduz istintaqdan bu günədək yayınmışdır.Təqdim etdiyimiz çoxsaylı sübutedici sənədlər araşdırldıqdan sonra Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Firdövsi Nəsirov 27 dekabr 2019- cu il tarixində bizim göstərdiyimiz xüsusatlar təsdiqini tapdığına görə Elvin Əliyev barəsində AR CM-nin 178.2.4 maddəsi üzrə yenidən başlanmış 190090379 N-li cinayət işi icraata götürülmüşdür.
Lakin məhkum E.G.Əliyevin tapılaraq istintaqa cəlb edilməsi nədənsə bu günədək mümkün olmamışdır. Və peşəkar dələduz bu fürsətdən istifadə edərək cəmiyyətdə bizi kimi çoxsaylı insanara qarşı dələduzluq əməllərini ardıcıl törətməklə öz çirkin niyyətini davam etdirməkdədir. Bizim 30 yanvar 2020-ci il tarixli yuxarı direktiv orqanlara etdiyimiz şikayətlərdən sonra ƏN-nin İcra və Probasiya İdarəsi, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən lazımi operativ tədbirlər görülmüşdür. Belə ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinn icra məmuru cənab Nəsimi Abışovun şərti məhkum E.Əliyevin çoxsaylı qanunsuz hərəkətlərinin qarşısının alınması üçün Nəsimi rayon Məhkəməsinə məhkumun şərti cəzasının həbslə əvəz olunması barədə təqdimatı olmuşdur. Nəsimi rayon Məhkəməsinin sədrlik edən hakimi cənab Azər Tağıyev 14 fevral 2020-ci il tarixli qərarı ilə Elvin Əliyevin şərti cəzasının həbslə əvəz olunması barədə ədalətli qərar qəbul etmişdir. Nəsimi rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərarı icra edilməsi üçün DİN-nin Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin məlum qəradan 20 gün vaxt keçsə də, məhkum dələduz həmişə birlikdə fəaliyyətdə olduğu atası Gündüz, qardaşı Elmir, xalasıoğlu Məhəmmədlə dima təmasda olmuşdur. Budur, onun 050-415 .... nömrəli mobil telefonuna bu gün, 04 mart, saat 12-də zəng etdikdə E.Əliyev telefonu özü yox, yaxın adamına vermiş və cavab vermişdir ki, guya səhv düşmüşük. Əslində o bilir ki, zəng edən mənəm Xocalı. Ona görə də telefonu yanında olan qardaşına və ya xalasıoğluna verib səhv düşdüyümüzü diqtə edir. Bu telefonun votsapıilə də mən dəfələrlə yazışmışıq.
Hörmətli cənab nazir Vilayət Eyvazov! Biz və bizim kimi onlarla günahsız şəxslər məhkum dələduz Elvin Əliyevin cəmiyyətə vurduğu maddi ziyanların qarşısının alınması üçün 14 fevral 2020-ci il tarixli Nəsimi rayon məhkəməsinin “Məhkum E.G.Əliyevin şərti cəzasının ləğv edilərək həbslə əvəz edilməsi barədə” qərarının icra edilməsi üçün onun hazırda şəxsi ailə üzvləri,atası,anası, qardaşıilə birlikdə yaşadığı Binəqədi rayonu, Azadlıq prospekti, ev 185, mən 27 ünvanından və yaxud Ağsu şəhəri, Həzi Aslanov küçəsi, ev 16-da şəxsi mənzilindən və yaxud, qanuni təmsilçisi olduğu və Yasamal rayonu,Ə.Əbilov küç., 94 ünvanda yerləşən və hazırda atası, qardaşı və xalasıoğlu tərəfindən idarə edilən “Röyal Print”MMC-nin ofisindən, və ya hazırda istifadə etdiyi 050-415 .... mob., tel. vasitəsilə tapılaraq Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Firdovsi Nəsirova təhvil verilməsi üçün göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürlər.
İfadetv.com saytı mövzunu diqqətdə saxlayır və nəticələr barəsində oxuculara ətraflı məlumatlar verəcəkdir.