Hal hazırda Ədliyyə Nazirliyinin 1 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan və adının çəkilməsini istəməyən məhkum Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə və bir nüsxəsi də İfadetv.com saytına ünvanladığı şikayət məktubu sanki azadlıqdan məhrum edilənlərin məhbəsdə üzləşdikləri həyat dramını xatırladır. Günümüzün reallığını əks etdirən, aktual hesab edilən və ƏNPXİ-nin 1 saylı CÇM-də baş verən qanunpozuntularından bəhs edən məhbus məktubunun 7 bənddən ibarət olan qısa xronologiyasını hissə hissə oxucularımıza təqdim edirik:
- ƏNPX-in 1 saylı müəssisəsində hər gün narkotik bazarı fəaliyyət göstərir. Bu missiya Astaralı Fuad Ələsgərov tərəfindən icra edilir. Tibbi Sanitar Hissənin rəisi Habil Məmmədova narkotik satışından qazandıqları pullardan hər ay 300 manatını verən 30 nəfər “imtiyazlı” məhkum həm də H.Məmmədovun zonda satışından ötrü gətirdiyi Lirika, travmal, ekstazilərin də realizasiyasını da təşkil edirlər. Hər kəsi küçə söyüşlərilə təhqir edən H.Məmmədov dərman preparatlarından, narkotik satışından, əldə etdiyi gəlirlərlə Bakının Nəsimi, Yasamal rayonlarında və Biləcəri qəsəbəsi ərazisində 12 apteklər şəbəkəsi qurmuşdur. Habil Məmmədovun harınlığı nəticəsində 8 məhkum pulsuzluqdan ölmüş ( 2018-2019 cu illərdə) , 40 faizi spid, 95 faizi isə hepatit C virusunun aktiv daşıyıcısına çevrilmişdir. Və hazırda 10-dan çox dəli( psixi) məhkum və can verən xəstələr müalicə müəssisəsinə göndərilmədiyi halda, onların əvəzinə burjulardan 100-200 manat alıb onlara ehtiyac olmadığı halda tur paket verir.
- ƏNPX-in 1 saylı CÇM-nin müdiri Həsənov Emin Ədalət oğlu sıradan qarşılaşdığı istənilən məhkuma 300 min ABŞ dolları verib kreslo aldığını and-aman edir. E.Həsənovun bildiyi, bacardığı isə narkotikadan, alkokoldan, çarpayıdan, hamamdan, üzdənirqadan, qumardan, pornoqrafiyadan, kafedən, çayxanadan, sexlərdən, görüşlərdən, 4/3-ü çatmış məhkumlardan pul qazanmaqdır. Sağ əli hesab edilən Fuad Əsgərovun köməkliyilə sıradan bir günlük görüşün açıq şəraitdə qiyməti 50-200 manattəşkil edir.Uzunmüddətli qanuni görüşün ( 3 günlük) qiyməti isə 300-500 manatdır. Məhkuma gələn pulun 30 faizi özündən soruşulmadan götürülür. Müxtəlif bəhanələrlə hər gümn 20-50 nəfər karsa salınır. Və hər birindən 100-150 manat başlıq alınıb buraxılır. Hamamı idarə edən “Damla” ləqəbli Xəzər hər ay hamama görə 1000 manat Eminə pul verir. Çarpayının qiyməti 500 manatdır. Yeni məhkum karantində şərəf və ləyaqətinin alçaldılmaması üçün 500-5000 manat ödəməyə məcburdur. Dükanda satılan malların qiyməti maya dəyərindən 4-10 dəfə baha satılır. 57 ədəd zonun ərazisində olan bütün ağaclar, kitabxanadakı kitablar təndir üçün fəda edilmişdir. Ümumiyyətlə, 1 saylı CÇM-nin 1 günlük baş verənləri çəkib efirə verilsə, insanlığa qarşı çəkilmiş dramatık filmlərin rejissorsuz apefeozuna çevrilər və altrenativsiz OSKAR mükafatına layiq görülər.
- Davamı olacaq.
- İfadetv.com adları qeyd edilmiş şəxslərin də fikir və mövqelərini işıqlandırmağa hazırıq.