PAŞİNYAN SEVİNMƏSİN, QOY
İndiki yaşadığımız pandemiya dövründə torpaqlarımızın müdafiəsi uğrunda döyüşərkən 1-ci qrup Qarabağ əlili olmuş xanım Sevgili Rəsulova hazırda kirayədə yaşadığı BinəqədiYəhya Hüseynov küçəsi, ev 75, mənzil 8-dən mənzil sahibi tərəfindən çıxarılır. Səbəb aylıq kirayə haqqını ödəyə bilməməsidir. Hal hazırda da ağır xəstəlikdən əziyyət çəkən xanım döyüşçü bütün aldığı təqaüdü dərmanlarına sərf etdiyindən kirayə haqqını ödəməmişdir. İndi o şəxsi əşyalarını yığıb küçədə yaşamağa məhkumdur. Çox təəssüflər olsun ki, belə bir əfsanəvi xanım döyüşçü olmuş şəxsiyyət indiki ağır günlərdə nəinki unudulmalı, əksinə daima nəzarət altında olmalıdır. Çünki Sevgili xanımın xüsusi rəşadətinə, xidmətlərinə görə ən azı buna mənəvi haqqı çatır.
Xatırladaq ki, Rəsulova Sevgili Almurad qızı 1990-cı ildə qanlı yanvar hadisələri zamanı 5 gün mintiqlərdə iştirak ettikdən sonra işlədiyi Rezin-məmulat zavodundan öz istəyilə ayrılaraq Ağdam rayonuna yollanmışdır. Həmin ərəfələrdə Milli Qəhrəman Allahverdi Bağırov könüllü igidlərimizdən ibarət 20-Yanvar özünü müdafiə batalyonu yaratmışdı.Sevgili xanım da könüllü olaraq elə o vaxtdan qəhrəman igidlərimizin sırasına qoşulmuşdur.
1991 ci ildə Malbəyi, Quşçuvar və Basqa kəndlərdə erməni quldurlarıyla gedən qızğın döyüşlərdə dinc sakinlərin ordan çıxarılmasında iştirak etmiş,onun ardınca Qarakəntdə vertalyot qəzasının canlı iştirakçısı olmuş,1992 ci ildə Xocalı faciəsi zamanı gedən döyüşlərdə iştirakı zamanı başından və çiynindən yaralanmışdır . Xocavənd rayonunun Qanlıdərə , Əmiralılar kəndləri uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Sonra yerdəyişmə ilə Ağdərə rayonunun adsız yüksəsliklərində gedən ağır döyüşlərdə iştirak etmiş və İki ayağınadan yaralanmışdır .
Sağaldıqdan sonra 1992 ci ilin iyul ayında S.Rəsulova Müdafiə Nazirliyinin 703 –cü batalyonunun, 3-cü bölüyünün komandiri təyin edilmişdir .Lakin qısa bir müddət sonra Ağdərədə adsız yüksəkliklərdə gedən döyüşlərdə ayaqlarından təkrar yaralanmışdır. Daha sonra Kəlbəcər-Laçın istiqamətində Qozlar , Ərikli, Sarıbaba kəndlərində gedən döyüşlərdə 3 cü dəfə ağır yaralanmışdır . Bu dəfə sağlamlığında ciddi problemə görə onu Türkiyə dövlətinin Gülhane Hospitalına müalicəyə göndərilmiş və burada bir il altı ay müddətində ağır vəziyyətdə yataraq müalicə almışdır.
Müalicədən sonra səkkiz ilə yaxın əlil arabasında həyatını davam etdirmişdir . Ümumilikdə 14 dəfə əməliyyat olunmuşdur . Hazırda yenə də S.Rəsulovanın ciddi müalicələrə ehtiyacı vardır. Özünə məxsus olan hər bir mülkünü satıb əməliyyatlarına , müalicələrinə xərcləmişdir.
Belə bir ağır vəziyyətdə yaşayan və hazırda onkoloji xəstəlikdən əziyyət çəkən 1-ci qrup Qarabağ əlili olan S.Rəsulovanın üzləşdiyi sosial problemin həlli üçün heç kim ona yardımçı olmaq istəmir. O bu vəziyyətilə bağlı 26 fevral 2020-ci il tarixində Xocalı soyqrımının anım mərasimində dövlət başçısına köməklik edilməsilə bağlı şəxsən məktub təqdim etmişdir. Məktub tədbir görülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Prezident Aparatından daxil olmuş məktub əsasında Sevgili xanım nazir Sahil Babayev tərəfindən deyil, apparat rəhbəri Anar Əliyev qəbul etmişdir. Və S.Rəsulovaya köməklik məqsədilə 150-200 manat civarında köməklik edə biləcəklərini vurğulamışdır. Sevgili xanım isə bu yardımdan imtina edərək ona bir neəçə il qalan ömrünü dövlətin təşkil etdiyi sosial sığınacaqlardan birində yaşamaq arzusunda olduğunu bildirmişdir. Və rəsmi qəbulda son sözü də bu olmuşdur ki, o 150 manatı da aparın verin nazir sahil babayevin özünə lazımı olar. Rəsmi qəbulun utancverici səviyyədə başa çatması əslində Sevgili xanımın timsalında işğal olunmuş Azərbaycan torpaqlarının zad olunması uğrunda canından keçməyə hazır olan on minlərlə igid oğul qızlarımıza olan “tərs sillə” kimi qəbul edilməlidir. Hesab edirik ki, dövlət rəsmisinin 1-ci qrup əlil Qarabağ qazisinə verdiyi ikrah doğuracaq cavabın anlamı budur ki, “ Ermənilərə qarşı döyüşlərdə sağlamlığını necə itirmisənsə, get elə də qayğısına qal!, bizim verə biləcəyimiz 150 AZN dir.” Doğrusu, səngər üzü görməyən polkovnik dədlərinin gül balalırndan bundan artıq cavab da gözləmək sadəlövlükdür. Allah Sevgili Rəsulovaya özü bu müqəddəs Ramazan ayında kömək olsun.Amin. Və biz ümid edirik ki, Prezidentin S.Rəsulovailə bağlı tapşırığını belə saymazcasına yerinə yetirən məmur balalarının məmur oğullarına Allahdan bir misqal insaf diləyirik.
Güman edirik ki, hazırda ağır vəziyyətə düşən əfsanəvi döyüşçü S.Rəsulovaya tezliklə dövlətin başçısı cənab İlham Əliyev özü qayğı göstərəcək və onun adı bir sığınacağa yerləşdirilməsinə göstəriş verəcəkdir.
İfadetv.com
