Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova (Şərifova) Leyla Tərlan qızı
tərəfindən dövlət başçısına və digər orqanlara etdiyi müraciətdə “ Qobustan şəhər Bələdiyyəsi sədri Vasif Novruzovun İcra başçısıilə törətdiyi qanunpozuntuları, korrupsiya hallarının qarşısının dərhal alınması” barədə müraciətin bir nüsxəsi də ifadetv.com saytına göndərilmişdir. 3 azyaşlı işaq anasının yerli bələdiyyə sədri tərəfindən törədilən özbaşnalıqlar adamda hiddət doğurmaya bilmir. Ölkəmizdə aparılan indiki antikorrupsiya kampaniyasında belə bir tiplərin kənarda qalması arzuolunan deyil. Müraciəti dəyərli oxucularımıza təqdim edirik:
Hörmətli cənab Prezident, bir daha xatırlatmaq istəyirəm ki, mən ailəmlə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində kompüter mütəxəssisi işləmişəm. İşlədiyim dövrdə mən də bir vətəndaş olaraq Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahə əldə etmək üçün ərizə verdim. Ərizəmə əsasən mənə 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə, hesaba pul köçürmə, alq-satqı müqaviləsi, qərar, evin eksiz layihə-smeta sənədlri hamısı hazırlanıb mənə təqdim edildi. Mən də təqdim edilmiş yerimə mişar daşı və bir yük avtomobili qum tökdürdüm ki. tezliklə işə başlayaram. Elə oldu ki, ailəmizin maddi imkanı olmadığından yerin kənarını bir az hasar edib qoyduq. 2013-cü ildən ailə həyatı qurdum və o vaxtdan Xilmilli kəndində kirayə kimi müvəqqəti bir evdə yaşamağa başladım. Hazırda öhdəmdə 3 azyaşlı uşaq vardır. Ona görə də kasıbçılıqdan hələlik mənə verilmiş torpaqda ev tikə bilmirdim. Lakin əlavə yerimə yenə iki maşın mişar daşı tökdürmüşdüm. Budur, 2019-cu ilin avqustun 10-da mənə bildirdilər ki, bizim yerdə Habil adlı şəxs özbaşına tikinti işləri aparır.O mənim yerimin kənarlarını hasardan çöl tərəfdən yenidən binövrə qazdırıb hasar tikdirmək istəyir. Habil bizə bildirdi ki, mən bu yeri Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovdan pulumu verib almışam.Lakin o bizə heç bir sənəd göstərmədi. Yerimizdə işləyən Habilin qohumu olan İlqar adlı bənna da bildirdi ki, mən bu yerin hasarını tikməliyəm. Biz yerimizdə olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən bizi qorxutmaq üçün yerə polis çağırtdırdı. Polis bizim sənədlərimizə baxdı və tikintinin dayandırlımasını tapşırıb çıxıb getdi.Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa yağa yenə yerimizdə tikintini davam etdirdilər. Biz bələdiyyə sədri Vasiflə telefonla danışıb nə qədər onunla görüşməyə çalışsaq da o bizdən qaçıb gizləndi, yerində tapılmadı. Yalnız telefonda bildirdi ki, sizdəki sənəd sənəd sayılmır. Biz Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda bu məslədən ötürü 10 dəfə olmuşuq. əvvəlki qəbullarda o bələdiyyə sədrinə tapşırıq verdi ki, gedin yerində aydınlaşdırın və mənə məruzə edin. İkinci dəfə qəbulda olarkən Vasif başçıya bildirdi ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etmədi. Başçı bildirdi ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə bizə dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Bir sözlə, V.Novruzov başçının tapşırığına əməl etmir, saymır.Biz əvvələr belə hesab edirdik ki, bələdiyyə sdəri icra başçısını niyə saymır. Amma sonrakı hadisələrin inkişafı göstərdi ki, elə başçının tapşırığıilə Vasif bizə məxsus yeri 2-ci dəfə başqa kənar şəxsə satıb və pulları da təbii ki, bölüşüblər.
Xatırlatmaq yerinə düşərdi ki, 2005-ci ilədək Vasif Novruzov bir gənc uşaq kimi benzindoldurma stansiyasında operator kimi işləyib birtəhər aldığı 150 manatla dolanırdı. Elə ki, özünə saxta diplom təşkil edib bəldiyyə sədri oldu, dərahal O zamankı icra başçısı olmuş quldur və rüşvətxor İsmayıl Vəliyevlə birləşib 2007-2010-cu illər ərzində 127 nəfər Nərmankənd kənd sakinlərinə Mərəzə qəsəbəsinin gündoğar tərəfində verilmiş pay torpaqlarının hamısını kənar fizki şəxslərə hər sotu 1500 manatdan satıb əldə etdikləri gəlirləri bölüşmüşlər. Kənd sakinlərinin çoxu məhkəməyə müraciət edərək bu dəstəni ifşa etmişlər. Hətta Sumqayıt Apellyasiya Məhkəməsində sədrlik edən hakim Nazim icra başçısı və Vasif Novruzov barəsində 2011-ci ildə xüsusi qəradad qəbul edilməsini zalda elan da etmişdir. Bəli, icra başçısı İ.Vəliyev hələ o vaxt Vasif Novruzovla birlikdə çox düzgün olaraq həbs edilməli idi Lakin buna baxmayaraq Vasif Novruzov yenə də qanusuz olaraq mənim kimi vətəndaşlara vaxtilə verilmiş torpaq sahələrini dədəsinin malı kimi özbaşına saxta sənədlərlə satıb əsassız varlanmaqla məşğuldur. Məlumata görə bu adamın təkcə Bakı şəhərində üç villası vardır. Digər əmlaklarının sayı-hesabı yoxdur.Bizimlə söhbət zamanı isə bildirir ki, sizin sənədiniz sənəd sayılmır. Görün haram pullar bu adamı hansı dərəcəyə çatdırıb ki, Vasif qonşu Nərimankənd kənd bələdiyyəsinin verdiyi sənədləri belə tanımaq istəmir . Və saxta sənədlə Qobustan rayonunun bir çox kəndlərində torpaqları satıb onu himayə edən quldur dəstəsilə bölüşür. Nəticədə bu adam o qədər harınlayıb ki, nəinki rayonun icra başçısını, hətta Ədliyyə Nazirliyinin Bələdiyələrlə İş Mərkəzini, AR-nın 1-ci vitse-prezidenti katibliyini, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini, hüquq mühafizə orqanlarını ümumiyyətlə saymır, onların zənglərinə saymazyana cavab verir. Baxmayaraq ki, bu dövlət qurumları tədbir görülməsi üçün qanunamüvafiq göstərişlər vermişdir. Hətta məmur özbaşnalığının son həddini aşaraq bir neçə ay əvvəl bizə telefonda hədləyici tonda bildirir ki, nə oldu məni internetə verdiniz, şikayətlər etdiniz nə isə bir şey alındı? Alınmayacaq da. Gedin hara istəyirsiniz şikayət edin. Sizə qəti olaraq torpaq verilməyəcək. Mənə heçnə edə bilməzsiniz.” Və telefonu söndürdü. İni görün Azərbaycan nə günə qalıbdır ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu özbaşnalıq edən adi bir bələdiyyə sədrilə bacarmır.Hətta KİV vasitəsilə Prezidentə etdiyim müraciəti də saymır. Budur hətta mənim yerimi satdığı adam Habil hazırda tikintiyə icazəsi olmadığı halda mənim yerimdə tikinti işləri görməklə davam edir. Yerli hüquq mühafizə orqanları və icra hakimiyyəti passiv tamaşaçı kimi seyrçi mövqedən durub gözlərini döyməklə məşğuldurlar.
Əvvəlcə yeni baş prokuror cənab Kamran müəllimə müraciət edirəm ki, bizim kimi minlərlə sadə vətəndaşa məxsus bələdiyyə torpaqlarını saxta sənədlərlə başqa səxlərə satıb varlanmış 15 ilin bələdiyyə sədri V.Novruzovun dövlətə və ictimaiyyətə vurduğu ziyanlar hesablanaraq qanuni tədbir görülsün.
DTX rəisi cənab əli Nağıyevdən də xahişim budur ki, Qobustan rayonunda camaatı cana doydurmuş, heç bir qanun tanımayan, korrupsioner, savadsız bələdiyyə sədrinin qanunsuz fəaliyyətinin araşdırılmasna və ona havdarlıq edən rüşvətxor qulsdur dəstəsinin tezliklə ifşa edilərək xalqa təqdim edəsiniz.
Cənab Prezident və cənab Ədliyyə naziri! Bildiyiniz kimi Qobustan rayoni bələdiyyənin bizə rəsmən verdiyi torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanmailə məşğuldurlar.Təbii ki, icra başçısı Adil Məmmədovun göstərişi əsasında.O Adil Vəliyev ki, yerli narazı vətəndaşları yalnız aktyorluq məharəti nəticəsində yola verməklə məşğuldur. Biz də ona rayonun ağsaqqalı hesab edib bu günə kimi inanırdıq. Çox təəssüf. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar. Əvvəlki bələdiyyənin camata verdikləri torpaqları min bir bəhanə ilə əllərimizdən alıb saxta sənədləşmə apardıqdan sonra dədələrinin qiymətinə kimə gəldi satıb varlanmaqla, yağlanmaqla məşğuldurlar. Ona görə də xahiş edirəm Qobustan şəhər Bələdiyyəsində Vasif Novruzovun arxasında hansı dövlət məmurunun dayanmasından asılı olmayaraq son 15 il ərzində törətdiyi irimiqyaslı korrupsiya əməllərinin və sənəd saxtakarlıqlarının araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə araşdırma aparılmasına göstəriş verə və Bizim əlimizdən əsassız olaraq alınmış bələdiyyə torpağının (yerimizin) da qaytarılmasında köməklik göstərəsiniz.