Ağsu rayonu, Kalva kəndində yaşayan Hacıyev Seymur Namid oğlu tərəfindən ölkənin direktiv orqanlarına Oraz Cami oğlu Kazımovun törətdiyi özbaşnalıqlara bidəfəlik son qoyulması barədə etdiyi müraciət ictimai maraq kəsb etdiyinə görə olduğu kimi oxuculara təqdim edirik:
Çoxhörmətli Mehriban xanım, Sizin ölkəmizdə apardığınız bütün uğurlu işləriniz biz sadə insanları həmişə sevindirmiş və ona görə də əsasən biz Ağsu rayonun Kalva kənd sakinləri gələcək fəaliyyətinizə çox ümid bəsləyirik. Ona görə də Sizə ümidlə müraciət edərək düçdüyümüz çətin vəziyyətə köməklik etməyinizi hamılıqala istəyirik. Məlumat üçün bildirim ki, Kalva kənd sakini olmuş Oraz Kazımov son illərdə etdiyi özbaşnalıqlar nəticəsində həm biz sadə vətəndaşları, həm də yerli məmurları, o cümlədən Dövlət Yol Polis və digər Daxili İşlər Orqanı işçilərini əsassız şərləməklə öz maraqlarını təmin etməklə məşğuldur. Belə ki, hədələmə, şantaj etmək metodlarından istifadə edən bu tip kənd sakinlərinə yerli bələdiyyə tərəfindən ayrılmış pay torpaqlarını oğlu Samirin adına sənədləşdirir. Və dərhal da şantaj yoluilə əldə etdiyi torpaq sahələrini kənar fiziki şəxslərə sataraq qanusuz gəlir əldə etməklə məşğuldur. Bu adam 2007-ci ildən kəndimizdəki evini satıb bu günə kimi Bakının Xətai rayonun NZS qəsəbəsində yaşamasına baxmayaraq tez tez kəndimizə gələrək əvvəlcə yaxşı torpaqları gözaltı edir və səs-küy salmağa başlayıqr ki, guya həmin torpaqlar oğlu Samirə verilibmiş və GPS koordinatları onun adına verilmiş olduğu barədə yerli orqanlara təzyiqlər edir. Məsələn, 2-ci qpup əlil kənd sakini Narıgül Həsənovaya bələdiyyə tərəfindən ayrılmış 10 sot torpaq sahəsini şantaj yoluilə ələ keçirdikdən sonra 12000 manata kənar şəxsə satmışdır. Növbəti “qurbanı” İlkin Gündüz oğlu Qənimətova məxsus 8 sot torpaq sahəsini də yenə oğluna məxsus oolduğunu deyərək onu da bu kasıb insanın əlindən alaraq satmışdır. Digər xəstə kənd sakini Xələfov Sahibə məxsus 10 sot torpaq sahəsini də vətəndaşı şantaj edərək yenidən oğlu Samirin adına sənədləşdirirək dərahl satmışdır.
Bir sözlə bu mərdiməzar adamın gözü doymaq billmir. Rəhmətlik atam Hacıyev Namiq Ağasan oğlu 2015-2019-cu illərdə kəndimizin bələdiyyə sədri vəzifəsində işləmişdir. Hər ay Bakıdan gələn kimi atama təzyiqlər edirdi ki, oğlu Samirə Bələdiyyənin perspektivdə olan ehtiyat fondundan torpaq payı versin. Və bir neçə dəfə bu torpaqları əldə etmişdir.Yəni bir Samir Kazımovun adına bu qədər topaq verilərmi? Şəhid ailəsi deyil, Qarabağ Müharibə iştirakçısı deyil, əlil deyil, bəs nə baş verir? Son iki ildə isə atam bezib ona torpaq ayrılmasından imtina etmişdir.
Onu da qeyd edim ki, O.Kazımovun kəndimizdə belə at oynatmasına səbəbkarı olan şəxslərdən biri Elahət Əsgərovdur ki, o da hazırda Yüksək Texnologiyalar Nazirliyində Radio Tezliklər İdarəsində vəzifəli şəxsdir. Və sabiq “Azərpoçt” şefi olmuş, korrupsioner Qəmbər Bəybalayevin qudasıdır.
Oraz Kazımovun qohumu Qəmbər Bəybalayev
Ona görə mən bir oğul olaraq illər boyu cammatımızı və yerli məmurlarımızı şantaj yoluilə qorxu altında saxlayan O.Kazımovun törətdiyi qanunsuz əməllərinin qanun çərçivəsində qarşısının alınması üçün yuxarı dövlət orqanlarına, ilk növbədə çoxhörmətli Mehriban xanıma müraciət etmək məcburiyyətindəyəm. Kəndimizin kasıb camaatını, yerli məmurlarımızı, polis orqanı işçilərini fasiləsiz şantaj etməyi özünə peşə seçmiş bu adamın qanunsuz əməllərinin dərahal araşdırılaraq hüquqi qiymət verilməsi üçün göstəriş verməyinizi və camaatımızı “Oraz bəlası”ndan birdəfəlik qurtarmağınızı xahiş edirik.
İfadetv.com saytı müraciətdə adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırdır.