Millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu sərt tənqid edi
Deputat çıxışında Zakir Həsənovu və Nəcməddin Sadıkovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb: “Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qəraragah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın.
Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.
Milli Məclisin sədri Sahibə Qafarova isə Vahid Əhmədovun çıxışını kəsərək ona sərt irad bildirib. Spiker V.Əhmədovun müzakirə olunan qanun layihəsi haqqında çıxışa yazıldığı halda mövzuya aidiyyatı olmayan məsələlərə toxunduğunu deyib.
Millət vəkili Siyavuş Novruzov isə təklif edib ki. ehtiyac yaransa. Müdafiə nazirini bura dəvət edərik o da təkliflərini verər: “Biz hardan bilriik ki, müdafiə naziri Ali Baş komandana öz təkliflərini verməyib?! Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər ki, Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provakasiyaya getmək olmaz. Bu uşaq oyuncağı deyil. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik”.
İfadetv.com
P.S. Hesab edirik ki, deputat V.Əhmədov haqlıdır. Yenə Zakir Həsənovun xələfi Səfər Əbiyev öz vaxtında rəsmiyyət xatirinə azərbaycan dilinə məruzələri oxumaq üçün özünə rus dili müəlliməsi sifariş etmişdi. Zakir və Nəcməddin isə hələ bu barədə fikirləşmirlər. Hətta MN-nin Baş Qərəgah rəisi cənab N.Sadıqov ona xidməti otağında təqdim edilən və Azərbaycan dilində yazılan rəsmi raport və məruzələri, məktubların hamısını geri qaytararaq rus dilində yenidən yazılaraq ona təqdim edilməsini tələb edir. Ona görə də çox təəssüf edirik ki, Milli Məclisdəki 5-ci kalonun deputatları dərhal Vahid Əhmədovun tənqidinə sərt reaksiya göstərmişlər. Və ona da təəssüf edirik ki, bu adamlar anlamırlar ki, 180 il Azərbaycanı işğal altında saxlayan bir dövlətin dilində danışmaq sadəcə rüsvayçılıqdır.