Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Bedr Abdulati, Böyük Britaniyadan olan həmkarı Devid Limmi və Almaniyanın baş diplomatı Yohann Vadeful ilə telefonla danışıb.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Qeyd olunub ki, H.Fidan həmkarları ilə Rusiya-Ukrayna müharibəsini və Qəzzada davam edən humanitar böhranı müzakirə edib.
Tərəflər Vaşinqton və Alyaskada baş tutmuş görüşlərin nəticələri barədə də fikir mübadiləsi aparıblar.
