“MÜSİBƏT OLURU BİZ, SƏHV DÜŞƏNDƏ YERİMİZ”
Bir müddət öncə Dövlət Sərhəd Xidmətində çalışan hərbi qulluqçular Gununsesi.org-a maraqlı bir foto yollaçışdı. 12 iyun 2019-cu ildəki məşhur 5 km uzunluğu olan bayrağın paradında çəkilən fotoda Elçin Quliyevin oğlu Məhəmməd Quliyev də əks olunub.
Fotoda gənc Məhəmməd Quliyev general rütbəsində görünür. Bu isə Elçin Quliyevin özbaşınalığına bir sübut sayılmalıdır. Çünki, ölkədə general rütbəsini Prezident verir. Bu faktı redaksiyamıza təqdim edən mənbəmiz daha bir məqama diqqət yetirir: ” Maraqlı tərəfi budur ki, Məhəmməd Quliyevin əsgərlik xidmət müddəti 2018-ci ilin iyul ayının 1-dən 2019-cu ilin iyul ayının 1-dək olub. Elçin Quliyevin oğlu əsgərlik müddətində necə olur ki, General-Mayor forması geyinərək , bu tədbirə gəlib?
Elçin Quliyevin oğlunu general forması ilə ictimaiyyətə təqdim etməsi nə dərəcədə düzgündür?! Bundan başqa Elçin Quliyevin oğlu Məhəmməd Quliyev DSX-nin zabitidir , leytenant rütbəsində istintaq idarəsində işləyir. Axı, yaxşı bilir ki, bu əməli “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunla qadağandır”.
Apardığımız digər araşdırmalardan da məlum olmuşdur ki, E.Quliyev əvvələr də general rütbəsinə və vəzifəsinə qeyri ciddi yanaşmışdır. Belə ki, dostluq münasibətləri olan xanımın qardaşı Firidun Nəbiyev adlı birisini 2001-ci ildə DSX- komandanının Maddi Texniki Təchizat üzrə müavin təyin etmişdir. Halbuki bu adam 2001-ci ilədək işi gücü bir ayaqqabı texnoloqu kimi istehsal etdiyi əsgər çəkmələrini hərbi hissələrin qabağında dayanmaqla valideynlərə təklif etmək olmuşdur. Hərbi xidmətdə olmayan, Sərhəd xidmətindən belə anlayışı olmayan birisinin küçədən tutub əvvəlc qanunsuz olaraq leytenant forması geyindirərək DSX-nın baş İdarəsində özünə müavin təyin edərək general vəzifəsində oturdması hələ son 200 illik hərb tarixində görünməmiş hadisə sayıla bilər. Və xidməti mexanizmə görə 2004-cü ilədək bütün DSX-nın polkovnik rütbəsində olan hissə komandirləri gəlib xidməti otağında leytenant rütbəsində olan F.Nəbiyevə raport vermək məcburiyyətində qalmışlar. Bu minvalla E.Quliyev müavini F.Nəbiyevi 2004-cü ildə təqdim yazmaqla general – mayor rütbəsi də verdirməyə nail olmuşdur. Sonradan isə AR Miqrasiya Xidməti darəsi rəisi təyin olunan F.Nəbiyev yenidən paqonundakı ulduzların və varidatının sayını astronomik həddə qədər rtıra bilmişdir. Elə bu yerdə rəhmətlik şair Qabilin məşhur misrası yada düşür: “MÜSİBƏT OLURU BİZ, SƏHV DÜŞƏNDƏ YERİMİZ”
İfadetv.com