Iylun 26-da asiya.az saytında dərc edilmiş “Əvəz Qocayev kölgədə qalıb, Saleh Məmmədov isə gündəm olur hər dəfə” başlıqlı və “AZƏRAVTOYOL” müavinin çoxmilyonluq varidatı” yarımbaşlıqlı yazısını oxuduqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ASC-də rəhbərlik arasında baş verən və verməkdə davam edən soyuq müharibənin hansı səviyyədə olmasını təsəvvür etmək ayıq oxucu üçün o qədər də çətin görünmür. Məqalənin yazılma motivinə toxunmamışdan qabaq yazının hansı zəruriətdən meydana gəlməsini araşdıraq:
Məqalənin əvvəlində xüsusi olaraq vurğulanır ki, . Ölkə parlamentinin sədrindən tutmuş hansısa ASC sədrinin müavininə kimi bir çox məmurun dəyəri milyonlarla ölçülən sərvəti haqda siyahılar yayılır… ASC demişkən…
“Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin də sərvətlərinin siyahısı yayılıb. Bu sərvətlərə alın və beyin təri ilə sahib olduğunu düşünmək istərdik. Yenisabah.az saytının hazırladığı siyahıya baxaq: Və cənab Ə.Qocayevə vaxtilə yaxın olmuş iş yoldaşlarının verdiyi məlumatlar əsasında hazırlanmış böyük bir varidatın siyahısı tam dəqiqliklə verilir. Əvvəlki cümlədə xüsusi olaraq vurğulanır ki, ölkə parlamentinin sədrindən tutmuş hansısa ASC sədrinin müavininə kimi bir çox məmurun dəyəri milyonlarla ölçülən sərvəti haqda siyahılar yayılır. Burda sual yaranır- niyə ASC sədri Saleh Məmmədovun deyil, məhz onun 1-ci müavininin varidatının olduğu xüsusi vurğulanır? Axı AAYDA ASC sədri və onun bir yox, bir neçə müavini var. Doğrudanmı, ASC sədri və digər müavinləri Əvəz Qocayevə baxanda çox “kasıb”dırlar?
İndi də məqalnənin sonunda xüsusi vurğulanan bir cümləyə diqqət yetirək:
“Məsələ həm də ondadır ki, son vaxtlar “Azəravtoyol” ASC ilə bağlı məlumatlarda ancaq sədr Saleh Məmmədov yer alır. Əvəz Qocayevi isə yada salan yoxdur. Müavin adının hallanmaması üçün media ilə gizli saziş bağlayıb. Ancaq öz şəxsi adının. Sədri Saleh Məmmədovla bağlı yazılanlar isə onu maraqlandırmır” Bax, bu cümlədən sonra “xoruzun quyruğu görünür” desək, yəqin ki, yanılmaıq. Son cümlədə Əvəz Qocayevin mediada adının hallanmaması üçün onlarla gizli anlaşmanın olması, digər tərəfdən isə ASC sədri S.Məmmədovla bağlı yazılnların isə onu maraqlandırmaması” xüsusi vurğulanmaqla demək istəyirlər ki, “Hörmətli sədr müavini, sən öz dərini qorumaq üçün media ilə gizli sövdələşirsən, mətbuatı da sədr və onun yaxın ətrafının qanunsuz əməllərindən yazmağa sövq edirsən”. Yəni, asiya.az saytı vasitəsilə cənab Ə.Qocayevə öz həmkarları tərəfindən xatırlanır ki, “Sən heçdə aydan ayrı, sudan təmiz deyilsən!”
Bəli, “Əvəz Qocayev kölgədə qalıb, Saleh Məmmədov isə gündəm olur hər dəfə”məqalənin başlığından da göründüyü kimi, həqiqətən son vaxtlar S.Məmmədov və onun tabeliyində işləyən qohum əqrəbalarının adları indiki ağır iqtisadi-siyası bir dönəmdə mediada çox hallanmağa başlayıb. Ona görə də ASC sədrinin komandası heç də nüfuzuna və çəkisinə görə zəif fiqur olmayan Ə.Qocayevə media vasitəsilə bəzi xatırlamalrı ilə S.Məmmədov haqqında yazılanlara son qoyması tələb olunur. Bu da məqlənin açması.Digər tərəfdən bu yaxınlarda qlobal.az saytının Ə.Qocayevlə Saleh Məmmədov arasında davam edən soyuq müharibənin nədən qaynaqlandığına işıq salan “Əvəz Qocayev Saleh Məmmədova qarşı” məqaləsini bu yerdə xatırlamaq yerinə düşərdi: AzToday.az-a daxil olan məlumata görə, Əvəz Qocayevin tez-tez Ziya Məmmədovla görüşməsi və gizli məsələləri müzakirə etməsi ondan xəbər verir ki, sabiq nazir öz kadrını yenidən Saleh Məmmədovun yerində görmək istəyir. Çünki Ziya Məmmədova yaxın olan media quruluşların Saleh Məmmədovu mənfi obrazda tez-tez gündəmə gətirmələri Əvəz Qocayevlə sabiq nazirin "BÖYÜK PLAN”larının bir hissəsidir desək yanılmarıq. Hətta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin dəhlizlərində davamlı olaraq yaxınlarda Saleh Məmmədovun vəzifədən gedəcəyi ilə bağlı şaiyələrin yayılması da buna xidmət edir.
AzToday.az-a AAYD içindəki məlumatlı mənbənin verdiyi məlumatda vurğulanır ki, Əvəz Qocayev Saleh Məmmədovu devirmək planına Ziya Məmmədovla birlikdə həmyerlisi DYP rəisi general Ramiz Zeynalovu da qoşub. Görünür Əvəz Qocayev arzusunda olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri vəzifəsi uğrunda çox ciddi mübarizəyə girişib və buna görədə yaxın həftələrdə Saleh Məmmədovla aralarında mübarizə açıq müstəviyə keçəcək.
Qlobal.az
İndi də məqalədə yazılanları bir daha oxucuların diqqətinə çatdırmaq yerinə düşərdi:
“ƏVƏZ QAOCAYEV KÖLGƏDƏ QALIB, SALEH MƏMMƏDOV İSƏ GÜNDƏM OLUR HƏR DƏFƏ”
“AZƏRAVTOYOL” MÜAVİNİNİN ÇOXMİLYONLUQ VARİDATI
Son vaxtlar mediada ayrı-ayrı məmurların sahib olduqları biznes, daşınmaz əmlak, dəyəri milyonlarla ölçülən var-dövlət haqqında informasiyalar dərc olunur. Ölkə qanunvericiliyinə görə millət vəkilinin və vəzifəli şəxslərin bizneslə məşğul olması birbaşa qadağan olunur.
Həmçinin, bu siyahısı yayılan məmurların həmin var-dövlətə yalnız uğurlu biznes sayəsində nail olduqlarını söyləmək belə gülüncdür, nəinki iddia etmək. Ən azından bunu vəzifədən azad olunan nazirlər, məmurlar haqqında sonradan açıqlan cinayət işlərində görürük.
Dövlət büdcəsindən vəsaitlərin necə talanması haqda bu cinayət işlərində onlarla faktlar mövcuddur. Və media həmin məmurlarların korrupsiya əməlləri barədə vaxtilə informasiyalar yaysa da, bu işlə məşğul olmalı olan aiduiyyatlı dövlət qurumları heç bir hərəkət etmirdi. İndi də eyni vəziyyətdir. Ölkə parlamentinin sədrindən tutmuş hansısa ASC sədrinin müavininə kimi bir çox məmurun dəyəri milyonlarla ölçülən sərvəti haqda siyahılar yayılır… ASC demişkən…
“Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin də sərvətlərinin siyahısı yayılıb. Bu sərvətlərə alın və beyin təri ilə sahib olduğunu düşünmək istərdik. Yenisabah.az saytının hazırladığı siyahıya baxaq:
1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)
2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi
3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular
4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil
5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)
6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)
7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)
9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.
10. Köhnə “Varovski”da 3 mərtəbə villa
11. Novxanıda ayrı-ayrılıqda 3 villa
12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil
13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil
14. Port Bakuda 150 kv m daha bir mənzil
15. Binəqədi rayonunda böyük torpaq sahələri
16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil
17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit
18. Şüvəlanda villa
19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər
20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası
21. Dərnəgüldə tikinti materialları mağazası
22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məkətibinin direktorudur.
23. Bir tender şirkəti, “Polat Yapı Yol” şirkəti ilə şəriklik və s…
Məsələ həm də ondadır ki, son vaxtlar “Azəravtoyol” ASC ilə bağlı məlumatlarda ancaq sədr Saleh Məmmədov yer alır. Əvəz Qocayevi isə yada salan yoxdur. Müavin adının hallanmaması üçün media ilə gizli saziş bağlayıb. Ancaq öz şəxsi adının. Sədri Saleh Məmmədovla bağlı yazılanlar isə onu maraqlandırmır.
Asiya.az