“Bunlar ölkədəki vəziyyəti Azərbaycan dövlətinin varlığının sual altında qalmasınadək gərginləşdirməyə çalışırlar... Məqsədləri Azərbaycanı 4 qonşu dövlət arasında bölməkdir...”
“Əgər Türkiyə ordusu ölkəmizdə qalmayacaqsa, Azərbaycan dövlətinin mövcudluğu doğrudan da sual altında qalacaq...”
“Bu sadalanan qüvvələr Türkiyənin ayağını Azərbaycandan kəsmək ötrü birləşiblər. Və məndə olan məlumata görə, bu məqsədlə yaxın bir ayda,- bəlkə də sentyabrın sonunadək ölkəmizə qarşı nəsə genişmiqyaslı bir təxribat hazırlayırlar...”
Tanınmış politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev Moderator.az-a son geniş müsahibəsində Azərbaycanda və regionda yaranmış son vəziyyətlə bağlı maraqlı açıqlamalar verib.