Ermənistanın sabiq müdafiə naziri, Xocalı qatillərindən biri Seyran Ohanyan Şuşada gedən döyüşlərdə Azərbaycan Ordusu tərəfindən atəşə məruz qaldığını etiraf edib.
Erməni mətbuatına danışan S.Ohanyan deyib ki, döyüş zamanı onunla birgə olanlar gülləyə tuş gəlib: “Mən yaxşıyam. Bir dostum yaralandı, digəri öldü…”
S.Ohanyan yaralı olub-olmadığına aydınlıq gətirməyib.
Xatırladaq ki, bir müsddət əvvəl S.Ohanyan Şuşanın hərbi komendantı təyin olunmuşdu. Keçmiş nazirin dünən Şuşa uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralandığı barədə xəbər yayılıb. Rəsmi məlumatlarda bu xəbər təkzib edilməyib.
P.S. Fransanın "Le Mond" qəzetinin müxbirinin yazdığına görə dünən Şüşa şəhərində gedən həlledici döyüşlərdə Xankəndinə gətirilən yaralı erməni əsgərlərinin yaralarından görünür ki, onların çoxu güllə və süngü yarası almışlar. Deməli, Ohanyan da dostları da yaxından açılan atəşlər nəticəsində ağır yaralanıb və ölüblər. Əsgərləri isə əlbəyaxa olublar. Yaşasın Azərbaycan ORDUSU!.
/Azpolitika
