Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatını reallıq kimi qəbul etmək və müharibənin bitməsi ilə barışmaq lazımdır, artıq qurbanlar olmayacaq.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, razılaşmanın icrası və Qarabağ məsələsinin yekun həlli yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır:
“İndi çalışmaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın”.
Xatırladaq ki, Petrosyan P.bülbüloğlundan fərqli olaraq millətinə reallığı başa salır.