PİA.az xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov haqqında deyib.
Araşdırmaçı jurnalistin sözlərinə görə, bu məmur döyüşlər gedən gündə oğluna Londonda 2-ci mənzili alıb:
“Əslən Füzuli rayonundandır, azad olunmuş ərazilərimizdə yeni büdcə layihələrinə “dişlərini itiləyib”. Füzulidən olduğunu ona görə xüsusi qeyd edirəm ki, oktyabrın 12-də – müharibənin qanlı-qadalı günlərində, Füzuli uğrunda ağır döyüşlərdə şəhidlər verdiyimiz günlərdə, bir ata iki şəhid oğlunun məzarını qucaqlayıb çırpınanda həmin məmur oğluna Londonda mənzil alırdı. Dəyəri 1 milyon manata yaxın, həm də ikincisini…”