Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun və Fizika İnstitutunun baş direktoru vəzifəsinə namizədlər bəlli olub.
Sozcu.az xəbər verir ki, AMEA prezidentinin müşaviri Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun, akademik Arif Həşimovun isə Fizika İnstitutunun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb.
Onların qeyd olunan vəzifələrə təyin olunması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacaq.
Qeyd edək ki, daha əvvəl Fizika İnstitutun direktoru akademik Nazim Məmmədov olub. O, kobud qanun pozuntularına yol verdiyinə görə yanvar ayının əvvəlində vəzifəsindən azad edilib.
Xatırladaq ki, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov hazırda AMEA prezidentinin müşaviridir. O, bu təyinatdan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru olub.
Xatırladaq ki, Əli Abbasovun Nazirlikdə yüksək vəzifələrə təyin etdiyi korrupsioner dəstəsi "Rabitə işi"nə görə dövlətə 53 milyon manat ziyan vurmuşdular. BTRİB rəisi olmuş Beytulla Hüseynovun satqınlığı nəticəsində ələ keçən dəstə üzvləri sonradan korrupsiya törətməyi, külli-miqdarda mənimsəmələrə yol verməyə nazir Əli Abbasov tərəfindən olan göstəriş əsasında icra etdiklərini istintaq zamanı bildirsələr də, sonradan dövlətə dəymiş bütün pullar dərhal ödəniləndən sonra günahlandırılan şəxslər məhkəmədə ifadələrini dəyişmişlər. Sonradan məlum olur ki, Ramiz Mehdiyevin göstərişi əssında vəzifəyə təyin olunmuş akademik Ə.Abbasovu mənhz boz kardinalın göstərişindən sonra onun adının istntaq və məhkəmədə hallanmasına icazə verilməmiş və o azadlıqda qala bilmişdir.
