Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Zaman oğlu Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, 1974-cü ildə A.Mustafayev Bakının məşhur Funukulyor yaxınlığında Azərbaycanın rəmzi sayılan Bəhramgürün əjdaha ilə vuruşan heykəlini yaratmışdır. Sonralar Nizami kinoteatrının önündə qoyulan Nizami və Məhsəti Gəncəvinin, M.Ə. Sabirin heykəllərini yaratmışdır.
Onun şuşa şəhərində Vaqifin məqbərəsi önündə qoyduğu büstün açılışı zamanı Heydər Əliyev bu sənət əsərinə bxdıqdan sonra müəllifinin kimliyini soruşmuşdur. Mirzə İbrahimov dərhal açılışda iştirak edən balaca boy Albert Mustafayevi ona təqdim etmişdir.
Albert dayım indi ömrünün sonlarını yaşayır. Onun sonuncu əsəri Şəki şəhərində vahabzadə parkında ucaltdığı Bəxtiyar Vahabzadənin büstüdür. O indidən öz başdaını da hazırlayaraq son əsər kimi ehtiyat qoymuşdur.
Belə böyük istedad sahibi olan məşhur heykəltaraş-rəssama yalnız Sovet dönəmində əməkdar rəssam fəxri adı verilmişdir.
Yaxşı ki, uzun illər korrupsiyaya uğramış Mədəniyyət Nazirliyi 86 yaşlı heykəltaraşın sağlamlıq vəziyyətindən xəbər tutub dövlət başçısına təqdimat yazdılar. Cabir demişkən- "Sağlığında qiymət verin insanlara!"
Məmməd Əhmədoğlu