AQTİ-nin müqavilə bağladığı “Buludmedia” MMC-yə gəlincə, nizamnamə kapitalı 10 AZN olan şirkət 3 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Hüquqi ünvani Bakı şəhəri Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 6, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Cəfərov Emil Kamil oğludur.
Açıq mənbələrdə “Buludmedia” MMC reklam şirkəti kimi təqdim edilir. Şirkət veb-səhifələrinin, təqdimat videolarının hazırlanması, bir sözlə, piar işləri ilə məşğuldur. Şirkətin qanuni təmsilçisi barədə isə hər hansı məlumat yoxdur.
AQTİ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sturkturuna daxildir. AQTA 2017-ci ildə yaradılıb. Qurumun rəhbəri Qoşqar Təhməzovdur. Mediada onun barəsində kifayət qədər tənqidi materiallar var. İctimai müzakirələrdə AQTA-nın fəaliyyəti qənaətbəxş hesab edilmir. Görünür, Qoşqar Təhməzov bunun üçün piara ehtiyac duyub.
